Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
11 avqust tarixli 303 nömrəli qərarı
ilə təsdiq edilmiş “Vergi orqanlarının büdcədənkənar
fondunun formalaşdırılması
və onun vəsaitlərindən istifadə
Qaydası”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 280
Bakı şəhəri,
7 iyul 2017-ci il
Azərbaycan Respublikası Prezidentinin
“Ticarət festivalları
dövründə fiziki
şəxslər tərəfindən
Azərbaycan Respublikasının
ərazisində alınmış
istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş
əlavə dəyər
vergisinin qaytarılması
Qaydası”nın təsdiq
edilməsi haqqında”
2017-ci il 20 fevral tarixli 1252 nömrəli və “Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 20
fevral tarixli 1252 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə
fiziki şəxslər
tərəfindən Azərbaycan
Respub-likasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması Qaydası”nda
dəyişiklik edilməsi
haqqında” 2017-ci il
11 aprel tarixli 1335 nömrəli fərmanlarının
2.2-ci bəndlərinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
11 avqust tarixli 303 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 8, maddə 1141, ¹ 12, maddə
2247; 2017, ¹ 3, maddə 506) ilə
təsdiq edilmiş “Vergi orqanlarının büdcədənkənar fondunun
formalaşdırılması və onun vəsaitlərindən
istifadə Qaydası”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.2-ci bəndin ikinci cümləsində ikinci halda “və” sözü vergül işarəsi ilə, “bəndində
nəzərdə tutulmuş
əlavə dəyər
vergisi məbləğinin
20 faizi” sözləri
“və 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə
fiziki şəxslər
tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması Qaydası”nın
1.6-cı bəndlərində nəzərdə tutulmuş
əlavə dəyər
vergisi məbləğindən
tutulan xidmət haqları” sözləri ilə əvəz edilsin.
2.
1.2-3-cü bənd aşağıdakı
redaksiyada verilsin:
“1.2-3. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
12 iyul tarixli 985 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Əcnəbilər
və vətəndaşlığı
olmayan şəxslər
tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması Qaydası”nın
1.7-ci və 2017-ci il
20 fevral tarixli 1252 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə
fiziki şəxslər
tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması Qaydası”nın
1.6-cı bəndlərində nəzərdə tutulmuş
əlavə dəyər
vergisi məbləğindən
tutulan xidmət haqları üzrə daxilolmalar həmin qaydaların 4.2-ci bəndlərində
nəzərdə tutulan
tədbirlərin maliyyələşdirilməsi
məqsədi ilə istifadə edilir.”.
3. 2.8-ci bəndin birinci cümləsində “və
əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin
20 faizi” sözləri
“, əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər, ticarət festivalları dövründə isə bütün fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının
ərazisində alınmış
istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş
əlavə dəyər
vergisi məbləğindən
tutulan xidmət haqları” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
11 iyul.- S.4.