Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
17 iyul tarixli 262 nömrəli qərarı
ilə təsdiq edilmiş “Sudan istifadə
Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 282
Bakı şəhəri,
7 iyul 2017-ci il
“Su təchizatı
və tullantı suları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2016-cı il 28 oktyabr tarixli 374-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 9 dekabr tarixli 2507 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
17 iyul tarixli 262 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 7, maddə 950) ilə
təsdiq edilmiş “Sudan
istifadə Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 8.1-ci bəndə “mütləq
qaydada” sözlərindən
sonra “(bu Qaydaların 8.1.9-cu yarımbəndində
nəzərdə tutulan
hal istisna olmaqla)” sözləri əlavə edilsin.
2. 8.1.8-ci
yarımbəndin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 8.1.9-cu yarımbənd
əlavə edilsin:
“8.1.9. dini ekstremizm
əleyhinə xüsusi
əməliyyat aparıldıqda,
həmin əməliyyatın
aparılma zonasında,
dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin
və Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
göstərişləri əsasında.”.
3. 8.2-ci bəndin birinci cümləsinə “dayandırılması”
sözündən sonra
“(dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması
ilə əlaqədar
dayandırma halı istisna olmaqla)” sözləri əlavə
edilsin.
4. 8.9-cu bənddə “8.1.2-ci yarımbəndi”
sözləri “8.1.2-ci və
8.1.9-cu yarımbəndləri” sözləri ilə əvəz edilsin.
5. 9.17-ci bənddən sonra aşağıdakı məzmunda
“Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.”.
6. Həmin Qaydalara 1 nömrəli əlavə
– “Su təchizatı və
tullantı sularının
axıdılması xidmətlərinə
dair əhali qrupuna aid olan fiziki şəxslərlə
bağlanılan Müqavilə”
üzrə:
6.1.
3.4-cü bəndə “qaydada,”
sözündən sonra
“bu Müqavilənin
3.4.7-ci yarımbəndindəki hal istisna olmaqla”
sözləri əlavə
edilsin;
6.2.
3.4.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
3.4.7-ci yarımbənd əlavə
edilsin:
“3.4.7. dini ekstremizm
əleyhinə xüsusi
əməliyyat aparıldıqda,
həmin əməliyyatın
aparılma zonasında,
dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin
və Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
göstərişləri əsasında.”;
6.3.
3.6-cı bəndə “zamanı”
sözündən sonra
“, habelə dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılması ilə
əlaqədar” sözləri
əlavə edilsin;
6.4. 3.8-ci bənddə “3.4.2-ci yarımbənd”
sözləri “3.4.2-ci və
3.4.7-ci yarımbəndlər” sözləri ilə əvəz edilsin.
7. Həmin Qaydalara 2 nömrəli əlavə
– “Su təchizatı və
tullantı sularının
axıdılması xidmətlərinə
dair hüquqi şəxslərlə və
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə
bağlanılan Müqavilə”
üzrə:
7.1.
3.7.9-cu yarımbəndin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 3.7.10-cu yarımbənd
əlavə edilsin:
“3.7.10. dini ekstremizm
əleyhinə xüsusi
əməliyyat aparıldıqda,
həmin əməliyyatın
aparılma zonasında,
dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin
və Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
göstərişləri əsasında.”;
7.2. 5.2-ci
bənddə “və
3.7.9-cu” sözləri “, 3.7.9-cu və 3.7.10-cu” sözləri
ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 11
iyul.- S.4.