“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və
“Elektron xidmət növlərinin Siyahısı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 287
Bakı şəhəri,
13 iyul 2017-ci il
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2016-cı il 14 oktyabr tarixli
357-VQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
30 noyabr tarixli 2475 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə
40, № 3, maddə 256, № 10, maddə
1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə
868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə
1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr
307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr
733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr
1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə
465, № 5, maddə 609, № 6, maddə
790, № 7, maddə 893, № 11, maddələr
1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367,
384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr
1340, 1355, 1358, № 8, maddələr 1446, 1448,
№ 9, maddə 1578, № 11, maddə
1928, № 12, maddələr 2219, 2233; 2017, № 2,
maddə 277, № 4, maddə
624; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 11 may tarixli
201 nömrəli və
22 may tarixli 215 nömrəli
qərarları ) ilə
təsdiq edilmiş 2 nömrəli əlavə
- “Elektron xidmət növlərinin Siyahısı”nın
2.8-ci bəndinə “qaydaları”
sözündən sonra
“və yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi qaydaları” sözləri
əlavə edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
14 iyul.- S.6.