“ASAN
ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in
və “ASAN ödəniş” sistemindən istifadə
Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 oktyabr tarixli
341 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 288
Bakı şəhəri, 13 iyul
2017-ci il
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 357-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2475 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1559; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 fevral tarixli 52 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.5-ci yarımbəndə və 4.14-cü bəndə “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta” sözləri əlavə edilsin.
2. 3.11-ci bəndə “xəta” sözündən sonra “, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta” sözləri əlavə edilsin və həmin bənddə “429-6.2.3” rəqəmləri “125.2.3” rəqəmləri ilə əvəz edilsin.
3. 4.3-cü bəndə, 4.11-ci bəndin ikinci cümləsinə, 4.16-cı və 4.21-ci bəndlərə “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta” sözlərindən sonra “, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta” sözləri əlavə edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-2017.- 14 iyul.-
S.6.