Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
27 avqust tarixli 234 nömrəli qərarı
ilə təsdiq edilmiş “İstehlakçıların
elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi
və enerji təchizatı şəbəkəsinə
qoşulması
Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 289
Bakı şəhəri,
13 iyul 2017-ci il
“Sahibkarların mövcud və ya inşa
ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanının
4.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
27 avqust tarixli 234 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 8, maddə 1032; 2014, ¹ 1, maddə 69; 2016, ¹ 2 (II kitab),
maddə 361, ¹ 11, maddə
1951) ilə təsdiq edilmiş “İstehlakçıların
elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi
və enerji təchizatı şəbəkəsinə
qoşulması Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.1-ci bəndə
aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Sahibkarların tələb
olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil
olmaqla, mövcud 0,4
kV-luq şəbəkədən)
olan mövcud və ya inşa
ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün
texniki şərtlərin
verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması
qaydaları və onlara dair tələblər
bu Qaydaların tələbləri nəzərə
alınmaqla, Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb
olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil
olmaqla mövcud 0,4 kV-luq şəbəkədən)
olan mövcud və ya inşa
ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün
texniki şərtlərin,
layihə-smeta sənədlərinin
hazırlanması və
verilməsi, habelə
enerji təchizatı şəbəkəsinə qoşulması
Qaydası” ilə müəyyən edilir.”.
2.
1.2.4-cü yarımbəndə “tikinti obyektlərinə” sözlərindən sonra
“və ya tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi)
torpaq sahəsinə” sözləri əlavə
edilsin.
3. -
3.6-cı bənddən sonra
aşağıdakı məzmunda
“Qeyd.” əlavə edilsin:
“Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.”.
Artur Rasi-zadə
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 14
iyul.- S.6.