“Azərbaycan Respublikasının ərazisinə
gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 292
Bakı şəhəri,
14 iyul 2017-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının
Energetika Nazirliyi və Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi ilə
razılaşdırılmış təklifinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1. “Azərbaycan
Respublikasının ərazisinə gətirilən aksiz
vergisinə cəlb olunan malların aksiz dərəcələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1,
maddə 69; 2002, ¹ 2, maddə 112, ¹ 10, maddə 647; 2005, ¹ 1, maddə
58, ¹ 11, maddə 1069; 2013, ¹ 7, maddə 870; 2014, ¹ 1, maddə 64,
¹ 2, maddə 196; 2015, ¹ 1, maddə 69; 2016, ¹ 8, maddə 1444) əlavəsi
olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29
yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq
edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə
gətirilən aksizli malların aksiz dərəcələri”ndə
“2710124100” və “2710125101” alt yarımmövqelərinə aid
sətirlərin “Aksiz dərəcələri
(ölçü vahidinə görə manatla)” sütununda
“200” rəqəmi “1,0” rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar
dərc edildiyi gündən qüvvəyə minir və 90
(doxsan) gün müddətində qüvvədədir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 18 iyul.- S.5.