Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması
qaydaları haqqında
Təlimat”da
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 294
Bakı şəhəri,
18 iyul 2017-ci il
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il
28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
7 dekabr tarixli 1145 nömrəli Fərmanının
1.4-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə
148, ¹ 7, maddə 455, ¹ 10, maddə
635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə
534, ¹ 8, maddə 782, ¹ 10, maddə
977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr
1228,1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə
830, ¹ 10, maddə 902, ¹ 11, maddə
994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə
787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə
1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə
263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə 777, ¹ 11, maddə
1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə
578; 2014, ¹ 1, maddə 74, ¹ 5, maddələr 552, 589, ¹ 6, maddə
746, ¹ 8, maddə 1019, ¹ 12, maddə
1685; 2015, ¹ 12, maddə 1580; 2016, ¹ 3, maddə 611, ¹ 4, maddələr
777, 814, ¹ 6, maddə 1226, ¹ 8, maddə 1449, ¹ 11, maddə
1937; 2017, ¹ 1, maddə 135, ¹ 3, maddə 493; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 30 iyun tarixli 271 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması
qaydaları haqqında
Təlimat”da
aşağıdakı dəyişikliklər edilsin:
1. 7-ci hissəyə aşağıdakı
məzmunda on altıncı-
iyirminci abzaslar əlavə edilsin:
“Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun
16.1.10-cu və 16.1.11-ci maddələrində
nəzərdə tutulmuş
neqativ məlumatlar notariusların fəaliyyətlərinə
aid olan hissədə Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
vasitəsilə “Elektron
hökumət” portalında
yerləşdirilir.
Kredit tarixçəsinin subyekti
öz kredit hesabatını təşkil
edən məlumatın
yanlış olmasını
aşkar etdikdə, həmin məlumatın aradan qaldırılması
üçün “Kredit
büroları haqqında”
Azərbaycan Respublikası
Qanununun 18-ci maddəsində
nəzərdə tutulmuş
qaydada ərizə ilə məlumatı yerləşdirən notariusa
müraciət edə
bilər. Müraciətə
məlumatın düzgün
olmamasını təsdiq
edən sənədlərin
surətləri əlavə
edilməlidir. Ərizə
kredit tarixçəsinin
subyekti tərəfindən
bilavasitə təqdim
edilmədikdə və
ya onun etibarnamə
üzrə nümayəndəsi
tərəfindən notariat
kontorunda yazılmadıqda,
ərizədəki imzanın
həqiqiliyi notariat qaydasında təsdiq edilməlidir.
Notarius yanlış məlumatın
aradan qaldırılması
barədə müraciəti
“Elektron notariat” informasiya sistemi vasitəsilə kredit bürosuna göndərir.
Kredit bürosu, kredit tarixçələrinin
məlumat bazasının
müvafiq hissəsinə
“dəqiqləşdirilir” qeydini
daxil etdikdən sonra məlumatın düzgünlüyünün yoxlanılması
üçün “Elektron
notariat” informasiya sistemi vasitəsilə notariusa sorğu göndərir.
Notarius sorğunu aldığı
gündən 3 (üç)
iş günü müddətində kredit tarixçəsinin subyekti
haqqında kredit bürosuna verdiyi məlumatın düzgünlüyünü
yoxlayır, məlumatın
düzgün olması
və ya aşkar edilmiş səhvin aradan qaldırılması barədə
“Elektron notariat” informasiya sistemi vasitəsilə kredit bürosuna müvafiq məlumat göndərir.
Şikayətin araşdırılması nəticəsində notarius
kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu müəyyən edərsə
və kredit tarixçəsinin subyekti
bu nəticə ilə razılaşarsa, kredit tarixçəsində
heç bir dəyişiklik edilmir.”.
2.
13-cü hissənin altıncı
abzası yeddinci abzas hesab edilsin
və aşağıdakı
məzmunda altıncı
abzas əlavə edilsin:
“Notariuslar borc müqavilələrinin, vəsiyyətnamələrin
təsdiqi və vərəsəlik şəhadətnaməsinin
verilməsi zamanı müqavilə tərəflərinin
hüquqlarının qorunması,
hüquqi məlumatsızlığın
onlara vura biləcək ziyanın qarşısının alınması
və vərəsələrin
kreditorlar qarşısında
məsuliyyətinin izah
olunması məqsədi
ilə kredit bürosunun məlumatlarından
istifadə edirlər. Bu zaman notarius notariat hərəkəti aparılan şəxslər
barədə kredit bürosunda mövcud olan məlumatı informasiya sistemi vasitəsilə yoxlayır.
Bu məlumatların pozitiv
və ya neqativ olmasından asılı olmayaraq, tərəflər notariat hərəkətinin rəsmiləşdirilməsini
tələb edərlərsə
və bu hal mülki qanunvericilik və “Notariat haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə ziddiyyət təşkil etmirsə, notarius onların notariat qaydasında təsdiqlənmiş
müvafiq ərizəsini
alır, eləcə də çap edilmiş məlumatı onlara verir. Həmçinin,
informasiya sistemində
olan məlumatı çap edərək notariat işinə əlavə edir.”.
3. Aşağıdakı məzmunda
170-1-ci hissə əlavə
edilsin:
“170-1.
İcra qeydinin aparılması ilə əlaqədar notariusa
müraciət edildikdə, notarius icra qeydinin
aparıldığı əqd üzrə öhdəliklərin
icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı
bu Təlimatın 7-ci hissəsinin on altıncı
abzasının məqsədləri üçün “Elektron
notariat” informasiya sisteminə daxil edir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 19
iyul.- S.2.