Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il
31 mart tarixli 91 nömrəli
qərarı ilə təsdiq edilmiş “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nda”
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 296
Bakı şəhəri,
18 iyul 2017-ci il
“İnformasiya, informasiyalaşdırma
və informasiyanın
mühafizəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 10 mart tarixli
539-VQD nömrəli Qanununun
tətbiqi və “İnformasiya, informa-siyalaşdırma
və informasiyanın
mühafizəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 19
iyun tarixli 729 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 16 mart tarixli
1295 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il
31 mart tarixli 91 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
310; 2013, ¹ 2, maddə 190; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə
1585) ilə təsdiq edilmiş “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın
1-ci hissəsinin dördüncü
abzası aşağıdakı
redaksiyada verilsin:
“Domen adı – internet şəbəkəsində yerləşdirilən
informasiya ehtiyatına
müraciətin təmin
olunması üçün
verilən unikal simvol düzülüşüdür.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
19 iyul.- S.2.