“Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli  161  nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 295

Bakı şəhəri, 18 iyul 2017-ci il

 

Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 9, maddə 827; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə 1585) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədə “və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair Tələblər” üzrə:

2.1. 2.1.13-cü yarımbənd və 4.2-ci bənd ləğv edilsin;

2.2. 2.1.23-cü yarımbəndə “sistemlərinin” sözündən sonra “və onların” sözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 19 iyul.- S.2.