Astarada turizmin inkişafı
üçün geniş imkanlar var
Cari ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş yığıncağı giriş
sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər
Ağayev iyulun 12-də
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında dövlət başçısının
nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi
mənzərəsini əks
etdirən konkret rəqəmləri diqqətə
çatdırmışdır.
Yığıncaqda bildirilmişdir ki, 2017-ci ilin 6 ayında Astara rayonunda da xeyli
iş görülmüşdür.
Ən yaddaqalan hadisə Azərbaycan Respublikasının
Prezidenti möhtərəm
cənab İlham Əliyevin rayonun sosial-iqtisadi inkişafı
ilə əlaqədar
növbəti sərəncam
imzalaması olmuşdur.
Dövlət başçısının sərəncamı ilə
park-bulvar kompleksinin genişləndirilməsi ilə
əlaqədar vəsait
ayrılmışdır. Bu, rayonda hamının sevincinə
və ruh yüksəkliyinə səbəb
olmuşdur. Ölkə rəhbərinin tapşırığına
uyğun olaraq kənd təsərrüfatının
inkişaf etdirilməsi,
istifadəsiz qalan torpaq sahələrinin dövriyyəyə qaytarılması
üçün həyata
keçirilən tədbirlər
səmərəli nəticəsini
vermişdir. Rayonda
ümumi əkin sahəsi 2300 hektara qədər artırılmış,
təkcə çəltik
əkini 8 dəfə çoxaldılaraq
450 hektara çatdırılmışdır.
Çay, tərəvəz
və bostan bitkilərinin yetişdirilməsində
də artımlar var.
Bu il üçün
daha çox torpaqda əkin aparılmışdır.
İqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi
olan ümumi məhsul və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə
nisbətən 5 faiz artaraq 876 milyon manata çatmışdır.
Bunun 7,7 faizi sənayedə, 34,6 faizi kənd təsərrüfatında,
23 faizi tikintidə, 32,5 faizi ticarət və xidmətlər sahəsində olmuşdur.
Rayonda inşaat işlərinin aparılması üçün
hesabat dövrü ərzində bütün
maliyyə mənbələrindən
əsas kapitala 20 milyon manat məbləğində
vəsait yönəldilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
əsas kapitala yönəldilmiş
vəsaitin həcmi
56 faiz artmışdır. Park-bulvar
kompleksinin genişləndirilməsi
işlərinə başlanmışdır. Xəzər dənizi sahili boyunca park-bulvar və çimərlik ərazisində “AAAF Park Astara”
lahiyəsi çərçivəsində
idman-sağlamlıq kompleksləri
tikilib istifadəyə
verilmiş, 2017-ci ildə
mənzil fonduna daxil olan ictimai
yaşayış binalarında
təmir-tikinti işləri
görülmüşdür. Kənd investisiya layihəsi çərçivəsində Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində
müasir tipli xəstəxana binası tikilib istifadəyə verilmişdir.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi
birinci yarımillikdə
davam etmişdir. Ələt-Astara-İran
sərhədi avtomobil
yolu ölkəmizin əsas avtomobil yollarından biri olmaqla yanaşı, “Şimal-Cənub“ nəqliyyat dəhlizinin
tərkib hissəsi sayılır. Hazırda bu magistralın
Masallı-Astara hissəsinin
tikintisində işlər
davam etdirilir. Burada avtoqreyderlə yol çiyinləri hamarlanmış, küvetlər
təmizlənmiş, 4500 kvadratmetr
asfalt-beton qarışığından
çala təmir işləri görülmüşdür.
Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yolunun tikintisinin ikinci mərhələsinə başlanmış,
hazırda bu istiqamətdə işlər
davam etdirilir. Toradi kəndindən başlayaraq ilk asfalt qatının vurulmasına
start verilmişdir. Yerli sakinlər
bunu böyük sevinclə qarşılamışlar.
Rayon su kanal idarəsi tərəfindən
şəhər ərazisində
ictimai yaşayış
binalarının içməli
su təminatının
yaxşılaşdırılmasından ötrü mənbədə
olan su quyuları
lildən təmizlənmişdir. Astara şəhəri
və ətraf qəsəbələrin su
təchizatı və
kanalizasiya sistemlərinin
yenidən qurulması
Azərbaycan Respublikasının
regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı
Dövlət Proqramına
salınaraq, layihənin
icrasına başlanmışdır.
Bu günə qədər
2 ədəd 5000 kubmetrlik
su anbarı və manevr otağının tikintisi
başa çatmış,
şəhərin, Heydər
Əliyev prospekti və Kaverin küçəsində 8500 metr
məsafədə boru
xətti çəkilmiş
305 mənzilə çıxışlar
verilmişdir.
Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara xidmət sahəsi tərəfindən rayonun
qaz təchizatını
daha da yaxşılaşdırmaq
məqsədilə 2017-ci ilin
birinci yarısında
94 evin qazlaşdırılması
həyata keçirilmişdir. Əhali abunəçiləri
üçün 60 ədəd
qaz sayğacı quraşdırılaraq istifadəyə
verilmiş, rayon üzrə
quraşdırılmış sayğacların ümumi sayı 16640-a çatdırılmışdır.
İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü rayon ərazisində
10 və 0,4 kilovoltluq hava xətlərində
224 ədəd yeni
metal və dəmir beton dayaqlar quraşdırılmış, 241 ədəd izolyator dəyişdirilmiş, 122 min metrdən
çox yeni naqil çəkilmişdir.
Regionlarda genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi
layihəsi əsasında
Astara Telekommunikasiya Qovşağında, Ərçivan,
Pensər və Ojakəran EATS-lərin hər birində 48 port tutumu olan avadanlıqlar
alınaraq quraşdırılmışdır.
Rayonda aqrar sahə sürətlə inkişaf etdirilir. Şum aparılan sahələrin
447,5 hektarında çəltik, 146,8 hektarda
buğda, 31,5 hektarda arpa, qalan sahələrdə
isə tərəvəz,
paxlalı bitkilər,
bostan bitkiləri və yonca əkilmişdir.
Sitrus meyvələrinin istehsalına
diqqətin artırılması
sayəsində sitrus bağlarının ümumi
sahəsi artaraq 2200 hektarı keçmişdir.
Sitrusçuluqla yanaşı çay,
çəltik və tərəvəz istehsalı
da diqqət mərkəzində olmuşdur.
Turizm potensialına malik olan rayonda bu
sahənin inkişafı
üçün geniş
imkanlar var. Rayonun dağ kəndlərinin yollarının asfaltlaşdırılması
ilə bu ucqar kəndlərə turistlərin gəlişi
başlanmışdır. Rayonun gələcək sosial-iqtisadi inkişafı,
tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə vacib olan daha bir
çox məsələ
gündəmdədir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2017.-
21 iyul.- S.7.