“Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində olan və fəaliyyəti məqsədəuyğun
hesab edilməyən təsərrüfathesablı
dövlət müəssisə və təşkilatlarının
ləğvi, özəlləşdirilməsi və yenidən
təşkili ilə bağlı tədbirlər haqqında”
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli
111 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 298
Bakı şəhəri, 19 iyul
2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
təklifinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab
edilməyən təsərrüfathesablı
dövlət müəssisə
və təşkilatlarının
ləğvi, özəlləşdirilməsi
və yenidən təşkili ilə bağlı tədbirlər
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 4, maddə 478; 2016, ¹ 9, maddə 1568; 2017, ¹ 4 maddə
606) 9-cu və 10-cu hissələri
aşağıdakı redaksiyada
verilsin:
“9. Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin tabeliyinə verilsin.
10. Quba rayonundakı “Şəfəq” südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.”.
Artur Rasi – zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
21 iyul.- S.4.