Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci
il
17 aprel
tarixli 112 nömrəli
qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 299
Bakı şəhəri, 19 iyul
2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il
17 aprel tarixli 112 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 4, maddə 479, ¹ 12, maddə
1572; 2016, ¹ 6, maddə 1224, ¹ 9, maddə 1569, ¹ 11, maddə
1957) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
“II. Təsərrüfathesablı təşkilatlar” bölməsinin
19-cu hissəsi aşağıdakı
redaksiyada verilsin:
“19. “28 May” Dövlət Kənd Təsərrüfatı
İstehsalı Müəssisəsi”
Məhdud Məsuliyyətli
Cəmiyyəti”.
Artur Rasi – zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
21 iyul.- S.4.