İri dövlət şirkətlərinin gəlirlər xərclər smetaları haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

¹ 300

Bakı şəhəri, 20 iyul 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

İri dövlət şirkətlərinin gəlirlər xərclər smetaları haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹12, maddə 2249) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.1-ci bənddəiyulunsözüavqustunsözü ilə 6.4-cü bənddənoyabr ayının 1-dək” sözləridekabr ayının 20-dək” sözləri ilə əvəz edilsin.

2. 6.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.5. iri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər xərclər smetalarının rüblük icrası barədə hesabatı artan yekunla hər rübdən sonrakı ayın 15-dək Komissiyanın üzvlərinə Katibliyinə kağız elektron daşıyıcılarda təqdim edirlər;”.

3. Aşağıdakı məzmunda 6.5-1-ci bənd əlavə edilsin:

“6.5-1. iri dövlət şirkətləri təsdiq olunmuş smetanın icrası barədə rüblük hesabatda iri dövlət şirkətlərinin daxilolmaları xərcləri proqnoz göstəricilərindən 10 faizədək az ya çox olduqda, Komissiyanın Katibliyinə bunun səbəbləri barədə müvafiq izahat təqdim edir. Komissiyanın Katibliyi hər rüb üzrə smetanın icrasına dair müvafiq arayış hazırlayaraq Komissiyanın üzvlərinə təqdim edir hər rübdən sonrakı ayın 30-dək Komissiyada müzakirəsini təşkil edir;”.

4. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Gəlirlər xərclər smetaları hazırlanmalı, təsdiq edilməli icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 11-ci hissəsinəAzərbaycan Respublikasısözlərindən sonraNəqliyyat,” sözü əlavə edilsin.

5. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “İri dövlət şirkətlərinin gəlirlər xərclər smetalarının tərtibi Qaydasıyeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

 

Artur Rasizadə

Azərbaycan  Respublikasının  Baş naziri

 

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az www.xalqqazeti.com  ­saytlarında tanış  ola bilərsiniz.

 

Xalq qəzeti.- 2017.- 21 iyul.- S.4.