Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli
339 nömrəli qərarı ilə təsdiq edilmiş
“Xarici donorlar tərəfindən
Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə
edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 301
Bakı şəhəri, 21 iyul
2017-ci il
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 513-VQD nömrəli Qanununun tətbiqi və “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 mart tarixli 1290 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1558; 2016, ¹ 5, maddə 955; 2017, ¹ 1, maddə 126) ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 2.3-cü bəndinə “kommersiya qurumlarına” sözlərindən sonra “, publik hüquqi şəxslərə” sözləri əlavə edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
22 iyul.- S.5.