“İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
inzibati xəta haqqında işə baxılarkən çıxarılan
qərar (qərardad) blanklarının aidiyyəti
orqanların sifarişi
əsasında hazırlanması,
saxlanılması, uçotu
və təqdim edilməsi Qaydaları”nın
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 305
Bakı şəhəri,
25 iyul 2017-ci il
“Azərbaycan Respublikasının
2017-ci il dövlət
büdcəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanına əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən inzibati
xəta haqqında işə baxılarkən
çıxarılan qərar
(qərardad) blanklarının
aidiyyəti orqanların
sifarişi əsasında
hazırlanması, saxlanılması,
uçotu və təqdim edilməsi Qaydaları” təsdiq edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Qeyd: Qərara edilmiş
əlavələrin tam mətni
ilə www.cabmin.gov.az və
www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Xalq qəzeti.- 2017.-
27 iyul.- S.2.