“Azərbaycan Respublikası dövlət
sərhədinin mühafizəsini
gücləndirmək məqsədi
ilə əlavə qayda və əsasnamələrin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 306
Bakı şəhəri,
27 iyul 2017-ci il
“Sərhəd qoşunları haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 10 mart tarixli
538-VQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 19
aprel tarixli 1339 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“Azərbaycan Respublikası
dövlət sərhədinin
mühafizəsini gücləndirmək
məqsədi ilə əlavə qayda və əsasnamələrin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9
mart tarixli 140 nömrəli
qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 2, maddə
118, ¹ 6, maddə 442; 2000, ¹ 8, maddə 646; 2003, ¹ 6, maddə
342; 2004, ¹ 9, maddə 750; 2005, ¹ 6, maddə 558, ¹ 11, maddə
1061; 2008, ¹ 11, maddə 1042; 2009, ¹ 1, maddə 34; 2012, ¹ 9, maddə
926; 2014, ¹ 1, maddə 57, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə
1575) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə
- “Azərbaycan Respublikasının
dövlət sərhədindən
buraxılış məntəqələrində
sərhəd qoşunlarının
nəzarət-buraxılış məntəqələri haqqında
Əsasnamə” üzrə:
1.1. 2-ci bölmənin birinci hissəsinə “avadanlıqların”
sözündən sonra
“, mülki dövriyyəsi
qadağan olunmuş və ya məhdudlaşdırılmış
digər əşyaların”
sözləri əlavə
edilsin;
1.2.
3-cü bölmənin birinci
hissəsinin beşinci
abzasına “avadanlıqların”
sözündən sonra
“, mülki dövriyyəsi
qadağan olunmuş və ya məhdudlaşdırılmış
digər əşyaların”
sözləri əlavə
edilsin;
1.3.
4-cü bölmənin birinci
hissəsi üzrə:
1.3.1. onuncu abzasa “avadanlıqların” sözündən
sonra “, mülki dövriyyəsi qadağan
olunmuş və ya məhdudlaşdırılmış
digər əşyaların”
sözləri və “nəqliyyat vasitələrinə”
sözlərindən sonra
“, yüklərə və
başqa əşyalara
Dövlət Sərhəd
Xidmətinin müəyyən
etdiyi qaydada” sözləri əlavə
edilsin;
1.3.2. on ikinci abzasa
“avadanlıqları” sözündən
sonra “, mülki dövriyyəsi qadağan
olunmuş və ya məhdudlaşdırılmış
digər əşyaları”
sözləri əlavə
edilsin.
2. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə
– “Azərbaycan Respublikası
ərazisinin sanitar mühafizəsi Qaydaları”nın 2-ci bölməsi
üzrə:
2.1. 2.8-ci
bənddə “Sərhəd
qoşunları yoxlama-buraxılış
məntəqələri, dövlət
sərhədinin” sözləri
“Dövlət sərhədinin”
sözləri ilə əvəz edilsin;
2.2. 2.9-cu
bəndin ikinci abzası çıxarılsın.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
30 iyul.- S.3.