“Kredit tarixçələrini təşkil
edən neqativ məlumatların “Elektron hökumət” portalında
yerləşdirilməsi, yenilənməsi
və kredit büroları tərəfindən
əldə edilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 308
Bakı şəhəri,
27 iyul 2017-ci il
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il
28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
7 dekabr tarixli 1145 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“Kredit tarixçələrini
təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi,
yenilənməsi və
kredit büroları tərəfindən əldə
edilməsi Qaydası”
təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Qeyd: Qərara edilmiş
əlavələrin tam mətni
ilə www.cabmin.gov.az və
www.xalqqazeti.com saytlarında
tanış
ola bilərsiniz.
Xalq qəzeti.- 2017.- 30
iyul.- S.3.