“Yol
hərəkətinin təhlükəsizliyinin təmin edilməsi
məsələləri haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1999-cu il
6 aprel tarixli 60
nömrəli qərarında,dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 241
Bakı şəhəri, 1 iyun
2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1268 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 267; 2001, ¹ 1, maddə 70, ¹ 7, maddə 512; 2003, ¹ 8, maddə 460; 2005, ¹ 9, maddə 855, ¹ 11, maddə 1061; 2007, ¹ 10, maddə 1013; 2008, ¹ 2, maddə 116; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 8, maddə 781, ¹ 9, maddə 852; 2012, ¹ 9, maddə 922; 2013, ¹ 3, maddə 344; 2014, ¹ 8, maddə 1011, ¹ 10, maddə 1301) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”nin 1.2-ci bəndinin üçüncü abzasından “və parklanması” sözləri çıxarılsın.
2. Bu qərar 2017-ci il 1 iyul tarixindən qüvvəyə minir.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
2 iyun.- S.9.