Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı
ilə təsdiq edilmiş “Müfəssəl
planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı
orqanların Siyahısı”nda
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 242
Bakı şəhəri,
1 iyun 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 23 fevral tarixli 1268 nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanun-vericilik
Toplusu, 2015, ¹ 1, maddə
57, ¹ 11, maddə 1417; 2016, ¹ 6, maddə 1193, ¹ 10, maddələr
1725, 1743; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 13 aprel tarixli 149 nömrəli qərarı) ilə təsdiq edilmiş “Müfəssəl planların
hazırlanması, razılaşdırılması
və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı
orqanların Siyahısı”nın
3.3.2.4.3-cü yarımbəndində “avtomobil saxlamaq üçün yerlər”
sözləri “parklanma
yerləri” sözləri
ilə əvəz edilsin.
2. Bu qərar 2017-ci il
1 iyul tarixindən qüvvəyə minir.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 2
iyun.- S.9.