Heydər Əliyev Mərkəzində Rusiyanın “Atelye” teatrının təqdimatında “Ad” tamaşası nümayiş
olunub
İyunun
2-də Heydər Əliyev Mərkəzində Rusiyanın “Atelye” teatrı (Müstəqil teatral
layihə) “Ad” tamaşasını təqdim
edib. Məşhur “Ad” (“Le Prenom”) pyesinin müəllifləri fransız
dramaturqlar Aleksandr de
la Patelyer və Matye Delaportdur.
“Ad” tamaşasının
quruluşçu rejissoru
Daynyus Kazlauskasdır. Səhnə
əsərində rolları
Mariya Kulikova (Marqarita), Georgi Dronov (Leonid), Konstantin Yuşkeviç
(Andrey), Mariya Rışenkova (Anna) və
Anton Eldarov (Yevgeni) oynayıblar.
Pyesin süjet
xətti həyatdan götürülüb: şam
yeməyində ailənin
yeni doğulmuş üzvünə qoyulacaq
ad müzakirə olunur.
Sevgi və intriqanı əks etdirən səhnə əsəri tamaşaçılara xoş
anlar bəxş edib.
Qeyd edək ki, “Ad” pyesinin çox uğurlu taleyi olub. Əsər əsasında hazırlanmış
eyniadlı tamaşanın
premyerası 2010-cu ildə
Parisdə VII Eduard Teatrında
keçirilib və pyes bu səhnədə
243 dəfədən çox
oynanılıb. Premyeradan sonrakı
iki həftə ərzində Avropanın əksər ölkələrinin,
eyni zamanda, İsrailin, Latın Amerikası ölkələrinin
və ABŞ-ın nüfuzlu teatrları pyesin səhnələşdirilməsi
hüququnu əldə
edib. 2012-ci ildə əsər eyni adla ekranlaşdırılıb
və 2013-cü ildə
Fransada 2 nominasiyada “Sezar” kino mükafatına
layiq görülüb.
“Atelye” teatrının təqdimatında
“Ad” tamaşasının premyerası
2016-cı il yanvarın 31-də olub.
“Atelye” Rusiyada fəaliyyət göstərən böyük
özəl teatrdır. Tamaşaları yüksək səviyyəli
peşəkarların ərsəyə
gətirməsi, rolları
ən güclü səhnə ulduzlarının
oynaması, səhnələşdirmək
üçün yalnız
müasir tamaşaçıların
rəğbətini qazanmış
pyeslərin seçilməsi
teatrın əsas prinsipləridir.
AZƏRTAC
Xalq qəzeti.-
2017.-3 iyun.- S.2.