“İçərişəhərin 100 görüntüsü

 

Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərin 100 görüntüsü” adlı sərgisi açılmışdır.

Məlumat üçün bildirək ki,  Edvard Tvoxiq 1969-ci ildə İrlandiyada anadan olub. Kroford İncəsənət və Dizayn Kollecində təhsil alıb. Daha sonra isə Çelsi İncəsənət Kollecində qravürfotoqrafiya sənəti üzrə ixtisaslaşıb və  burada  Britaniya Şurasından təqaüd alan ilk irlandiyalı tələbə olub.

Edvard Tvoxiq hazırda  rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə rəhbərlik edir. O,  Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, həmçinin Banksayd qalereyasının hamisidir. Rəssam əsərlərini təbiətdən ilhamlanaraq bilavasitə naturadan yaradır. Daha sonra yadında qalan nüanslar əsasında kompozisiyalarını tamamlayır. O, təbiətin gözəllikliyini rəsm, fotoqrafiya, xüsusən də rəssamın xətt ustalığını göstərən quru iynə texnikasında təcəssüm etdirir. Bleyk, RaviliousSemuel Palmerin təsirinin duyulduğu bu qravüralar ingilis pastoral ənənəsinə mühüm töhfədir.

Rəssamın  Yer üzü və xətt” (Berstou qalereyası,Brayton), “Təbiətin tərənnümü” (Berkşir), “Görünən poeziya” (İrlandiya Respublikası), “Gözəl mənzərə” (Saffolk), “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” (Bakı) adlı fərdi sərgiləri keçirilib.

Sərgi iyunun 5-dək davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2017.-3 iyun.- S.11.