Azərbaycanda meliorasiya və içməli su layihələri uğurla icra olunur

 

Dünən Azərbaycan MeliorasiyaSu Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin kollektivləri peşə bayramını qeyd etdilər. 5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə Bakı Biznes Mərkəzində keçirilən elmi-praktik konfransda Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun çıxışları dinlənildi.

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ölkədə meliorasiyasu təsərrüfatının inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərək bildirdi ki, qədim suvarma əkinçiliyi ənənələrinə malik olan respublikamızda meliorasiyairriqasiya işlərinə ötən əsrin əvvəllərində başlanılsa da, bu sahənin əsas inkişafı ulu öndərin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Qeyd olundu ki, həmin illərdə ölkəmizdə meliorasiyasu təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxsaylı hidroqovşaqlar, nasos stansiyaları, müasir meliorasiyairriqasiya sistemləri tikilib istifadəyə verilmişdir ki, bunun da nəticəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdır. Bununla belə, ulu öndər vəzifədən getdikdən sonra kənd təsərrüfatı, xüsusilə də meliorasiyasu təsərrüfatı tənəzzülə uğramış və məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə  meliorasiyasu təsərrüfatının öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran natiq bildirdi ki, həmin dövrdə mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alınmış, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Heydər Əliyevin bilavasitə göstərişləri əsasında Azərbaycanın meliorasiyasu təsərrüfatına iri investisiyalar yatırılmağa başlanılmışdır.

Hazırda ölkə Prezidenti İlham Əliyevin bu sahəyə böyük diqqət və qayğı ilə yanaşdığını bildirən Ə. Əhmədzadə qeyd etdi ki, son illər ayrılan vəsaitin və yerinə yetirilən işlərin həcminin xeyli artması  mövcud meliorasiyairriqasiya obyektlərinin istismarının xeyli yaxşılaşmasına səbəb olmuşdur. Belə ki, son illər 2100-dən çox maşın və mexanizmlər alınmış, 3736 kilometr suvarma kanallarının, 2251 kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilmiş, 348 min hektar suvarılan torpaqların su təminatı və 239 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmışdır. Bundan əlavə, ölkə üzrə 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1804 subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı dağ çaylarında 199 kilometr sahilbərkitmə işləri, Kür-Araz çaylarında isə 900 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilmişdir. Eyni zamanda, aqrar sektorunin inkişafında mühüm rol oynayan üç nəhəng infrastruktur layihəsi -Taxtakörpü və Şəmkirçay su anbarlarının SES-lə birlikdə, Tovuzçay su anbarının, eləcə də Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr qısa müddətdə başa çatdırılmışdır.

MeliorasiyaSu Təsərrüfatı ASC-nin 2016-cı ildəki fəaliyyəti barədə məlumat verən Ə.Əhmədzadə daha sonra qeyd etdi ki, Dünya Bankının krediti ilə həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində 9606 hektar torpaq  sahəsində suvarmadrenaj şəbəkələrinin bərpası və yenidən qurulması işləri başa çatdırılmış, “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində Şabran, Siyəzən, Masallı, Yardımlı, Cəlilabad və Lerik rayonlarında içməli  su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir.

MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına QusarçayCaqacuqçay çayları üzərində sugötürücü qurğuların və 14653 metr nəqledici  kanalların qurğularla birlikdə  tikintisinin başa çatdırıldığını, həmçinin Xızı və Şabran rayonlarında 2863 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün kompleks meliorativ tədbirlərin aparılması və 740 hektar mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması  üçün  tikinti işlərinin  tamamlandığını diqqətə çatdırdı. Ötən müddətdə “Şəmkirçay çayı üzərində dəryaçanın tikintisikompleks  layihəsi üzrə Göygöl rayonunda 3000 hektar ərazidə mütərəqqi suvarma texnikasının tətbiqinə imkan verən 24,74 kilometr uzunluğunda müxtəlif diametrli şüşə lifli paylayıcı və polietilen suvarma boru kəmərlərinin tikintisi işlərinin yerinə yetirildiyini bildirən natiq qeyd etdi ki, Şəmkirçay su anbarının istismara verilməsi ilə Şəmkir və Samux rayonlarında 16 min hektardan çox əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Bununla yanaşı, Tovuzçay su anbarının tikilməsi ilə Tovuz rayonunda 15526 hektar, Şəmkir rayonunda isə 2939 hektar torpaqların su təminatını yaxşılaşdırılmışdır.

Çıxışının sonunda respublika üzrə bütün kənd təsərrüfatı bitkilərinin 1 milyon 386 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarıldığını qeyd edən Ə. Əhmədzadə bildirdi ki, hazırda ölkənin  su anbarlarında 15,5 milyard kubmetr su yığılıb ki, bu da kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaradacaq.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli içməli su ilə təchizatı istiqamətində bir sıra layihələrin uğurla başa çatdırıldığını, digər layihələrin isə hazırda davam etdirildiyini bildirdi. Ölkə əhalisinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran natiq bildirdi ki, hazırda bu sahə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindəndir. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin təşəbbüskarı olduğuPrezident  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi paytaxtın içməli su təchizatında müstəsna əhəmiyyət daşıyır. 2010-cu ildə istismara verilmiş kəmərin Azərbaycanın müstəqillik illərinin ən böyük infrastruktur layihəsi kimi tarixə düşdüyünü bildirən Q.Hüseynov dedi ki, Bakı şəhəri və Abşeron yarımadasının 2035-ci ilə perspektiv inkişafı nəzərə alınmaqla su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb və bu istiqamətdə işlərə başlanılıb. Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi 2015-ci ildə yekunlaşıb. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən kompleks 2016-cı ildə Əbu-Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli layihələrindən biri seçilib. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, 51 qəsəbədə infrastrukturun yaradılması və yenidən qurulması işləri görülüb.

“Azərsu” ASC-nin sədri bildirdi ki, son illər Abşeron yarımadasında yeni kollektor və xətlərin, tullantı sularının təmizlənməsi üçün qurğuların tikintisi, mövcud xətlərin rekonstruksiyası, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İnnovativ texnologiyalardan istifadə edilməklə 14 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kollektorunun istismara verilməsi ilə Bayraq meydanından başlayaraq Lökbatan dairəsinə qədər ərazidə Xəzər dənizinə axıdılan tullantı sularının qarşısı tam alınıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasının uğurla davam etdirildiyini söyləyən Q.Hüseynov bildirdi ki, ötən müddətdə su-kanalizasiya layihələrinin  icrasına başlanılmış 44 şəhər və rayon mərkəzinin 20-də həm su, həm kanalizasiya şəbəkəsinin, 8-də isə su şəbəkəsinin tikintisi başa çatdırılıb. Şirvan-Muğan və ­Sabirabad-Saatlı qrup su kəmərlərinin tikintisi layihələrinin həyata keçirilməsi nəticəsində Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinə Kür sutəmizləyici qurğularından içməli suyun verilməsi təmin edilib. Mərkəzi Aran bölgəsinin suya daha çox ehtiyacı olan yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü layihəsinin icrası nəticəsində Kürdəmir, Ucar, Zərdab və Ağsu şəhərlərinin, həmçinin  bir sıra kəndlərin  içməli su problemi tam həllini tapıb. Eyni zamanda, Lənkəran və Astara şəhərlərini, eləcə də 39 kəndi su ilə təmin etmək üçün Xanbulançay anbarının sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğu inşa edilib, Mingəçevir və Yevlax  şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu istismara verilib.

Şəmkirçay su anbarının qərb bölgəsinin içməli susuvarma suyu ilə təminatında mühüm rol oynadığını diqqətə çatdıran natiq bildirdi ki, bu mənbədən Gəncə şəhərinə qədər 24,5 kilometr, Şəmkir şəhərinə isə 16,5 kilometr uzunluğunda su kəmərləri çəkilib. Respublikanın ikinci böyük şəhəri olan Gəncənin digər su mənbələrində -Qızılqaya və Göygöldə yeni suqəbuledici qurğular inşa olunub və şəhərə suyun verilməsi təmin edilib.  Şəhər və rayon mərkəzləri ilə yanaşı, 360 mindən çox əhalisi olan 350-dən artıq kəndin içməli su təminatı yaxşılaşdırılıb. Heydər Əliyev FondununRegional İnkişafİctimai Birliyinə və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonun 13 kəndində 10 min nəfərin su problemi həll olunub.

Q.Hüseynov bildirdi ki, hazırda respublikanın 22 rayonunun 170 yaşayış məntəqəsində 267 min nəfərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Sərhədyanı yaşayış məntəqələrində, ucqar kəndlərdə, cəbhə bölgəsində yerləşən ərazilərdə, məcburi köçkün düşərgələrində həyata keçirilən layihələr müstəqil Azərbaycan dövlətinin insanların sağlamlığına və sosial rifahın yüksəldilməsinə hesablanmış siyasətin təzahürüdür.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması və ixrac potensialının artırılması barədə dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Zərdab, Hacıqabul və Şamaxı rayonlarında əkin sahələrinin  suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə icra edilən layihələr barədə məlumat verən “Azərsu” ASC-nin sədri bildirdi ki, Zərdab rayonunda 10 min hektar sahənin suvarılması məqsədilə Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, 15 kilometr magistral su xətti tikilib. Eyni zamanda, Hacıqabul və Şamaxı rayonlarında Padarçöl adlanan ərazidə 10 min hektar ərazidə suvarma layihəsinin icrasına başlanılıb, Kür sutəmizləyici qurğularından 27 kilometr uzunluğunda magistral kəmərin və digər infrastrukturun inşası  davam etdirilir.

Məlumat verildi ki, fəaliyyəti dövründə “Azərsu” ASC tərəfindən 7500 kilometr magistral və paylayıcı su xətti, 2800 kilometr kanalizasiya kollektoru və xətti, 4 sutəmizləyici qurğu, 221 su anbarı, 110 sukanalizasiya-nasos stansiyası tikilib, 292 arteziansubartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artaraq 4 milyon 500 min nəfəri ötüb. Hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 65,9 faizi, Bakı şəhərində isə 80,8  faizi fasiləsiz içməli su ilə təmin edilir.

Konfransda Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov çıxış edərək əhalinin içməli su ilə təminatında, kənd təsərrüfatının inkişafında infrastruktur layihələrinin əhəmiyyətindən danışdı, görülən işlərin önəmini vurğuladı. İnfrastruktur layihələri arasında su ilə təchizat xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan A. Əmiraslanov hazırda bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərlə yanaşı, qarşıda duran vəzifələrin də uğurla yerinə yetiriləcəyinə əminliyini bildirdi.  Sonra Azər Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın fəxri adlarmedallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxudu.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Baş nazirin müşaviri Musa Məmmədov, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov, Kənd Təsərrüfatı Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev çıxış edərək bildirdilər ki, ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və dəstəyi ilə yaradılmış güclü potensiala malik meliorasiyasu təsərrüfatı kompleksi hazırda Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində daha da inkişaf etdirilir. Çıxışlarda su təsərrüfatı və meliorasiya işçilərinin bu diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərinə əminlik ifadə olundu, qarşıda duran vəzifələrdən danışıldı.

Tədbirin sonunda elmi-praktik konfransın iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

Konfransa su təsərrüfatı və meliorasiya sahəsində görülən işlərdən bəhs edən filmin nümayişi ilə yekun vuruldu.

 

Mirbağır YAQUBZADƏ,

 

Xalq qəzeti.- 2017.-6 iyun.- S.5.