Sülh artistiFirəngiz Əlizadənin yubiley tədbiri

 

Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə Dövlət Filarmoniyasında Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor kamera əsərləri yaradıb. Müasirlik milli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadə yaradıcılığına xas olan cəhətdir. Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. O, "Muğam aləmi" "İpək Yolu" Beynəlxalq musiqi festivallarının bədii rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasına da öz töhfəsini verir.

Diqqətə çatdırılmışdır ki, Firəngiz Əlizadəninİntizar”, “Sənin adın Dənizdir”, “ atlı oğlanoperaları, “Boş beşikStadt-Qranizabaletləri, müxtəlif ansambl tərkibi üçünHabilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron”, “Silk road”, violonçel orkestr üçün konsert digər əsərləri Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir.

O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir ona vicdanla xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək.

Nazir  Azərbaycan Prezidentinin sərəncamına əsasən təltif olunmuşŞərəf  ordenini Xalq artisti Firəngiz Əlizadəyə təqdim etmişdir.

Firəngiz Əlizadə çıxış edərək, göstərilən diqqət qayğıya görə Prezident ­İlham Əliyevə minnətdarlığını bildirmişdir. O, bu ordeni bütövlükdə Azərbaycan bəstəkarlıq məktəbinə bu məktəbin böyük simalarının zəhmətinə verilən qiymət kimi dəyərləndirmişdir.

Xalq artisti Azərbaycan mədəniyyətinin təbliği istiqamətində reallaşdırılan böyük layihələrə görə Heydər Əliyev Fonduna hər zaman yaradıcı insanlara xüsusi diqqət qayğı göstərən Azərbaycanın Birinci vitse-prezidenti ­Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir. Yubilyar Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da böyük əzmlə çalışacağını vurğulamışdır.

Tədbir konsert proqramı ilə davam etmişdir. Bununla da Firəngiz Əlizadənin 70 illik yubileyinə  həsr olunmuş musiqi festivalına start verilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti - 2017.- 6 iyun.- S.7.