“Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

№ 243  Bakı şəhəri, 2 iyun 2017-ci il

 

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust   tarixli 243 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin               etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

1. “Balıq və digər su bioresursları ovunun Qaydaları” təsdiq edilsin  (əlavə olunur).

2. “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 152 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 560; 2000, № 8 (III kitab), maddə 646, № 10, maddə 765; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2002, № 11, maddə 675; 2005, № 1, maddə 49, № 6, maddələr 555, 558; 2006, № 4, maddə 370; 2007, № 12, maddə 1336; 2008, № 6, maddə 586; 2010, № 6, maddə 566; 2016,  4, maddə 826) 1-ci hissəsi ləğv edilsin.

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri    

 

Xalq qəzeti.- 2017.- 7 iyun.- S.4.