“Təhsil
haqqında dövlət
sənədlərinin nümunələri
və onların verilməsi Qaydaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 246 Bakı şəhəri, 5 iyun
2017-ci il
“Bakı Mühəndislik Universiteti”
publik hüquqi şəxsin Nizamnaməsi”nin
təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin
yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
8 noyabr tarixli 2429 nömrəli Sərəncamında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanının 4.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il
29 aprel tarixli 82 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 4, maddə 372; 2011, ¹ 3, maddə 235; 2013, ¹ 5, maddə
567; 2014, ¹ 5, maddə 571; 2016, ¹ 6, maddə 1203, ¹ 11, maddə
1967) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri
və onların verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.2-ci bəndin
ikinci abzasının ikinci cümləsində,
3.6-cı bəndin birinci
abzasının dördüncü
cümləsində, 3.8-ci, 4.1-ci bəndlərdə, 4.4-cü bəndin
birinci və ikinci abzaslarında (hər iki halda),
4.5-ci bəndin birinci abzasında, 4.6-cı bəndin
birinci və üçüncü cümlələrində,
4.7-ci bəndin birinci abzasında ismin müvafiq hallarında “orta ixtisas təhsili
müəssisəsi” sözləri
ismin müvafiq hallarında “təhsil müəssisəsi” sözləri
ilə əvəz edilsin.
2. 2.3-cü, 3.2-ci, 3.3-cü bəndlərdə, 3.4-cü bəndin
birinci və ikinci abzaslarında, 3.5-ci bəndin birinci abzasının birinci və ikinci cümlələrində, 4.7-ci bəndin ikinci abzasında ismin müvafiq hallarında “orta ixtisas təhsili
müəssisələri” sözləri
ismin müvafiq hallarında “təhsil müəssisələri” sözləri
ilə əvəz edilsin.
3. “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri
və onların verilməsi Qaydası”na 1 nömrəli əlavə üzrə:
3.1. “DİREKTOR” sözü
“TƏHSİL MÜƏSSİSƏSİNİN RƏHBƏRİ”
sözləri ilə,
“Direktor” sözü “Təhsil müəssisəsinin
rəhbəri” sözləri
ilə, “Tədris işləri üzrə direktor müavini” sözləri “Təhsil müəssisəsinin rəhbərinin
müavini” sözləri
ilə əvəz edilsin;
3.2. ismin
müvafiq hallarında
“orta ixtisas təhsili müəssisəsi”
sözləri ismin müvafiq hallarında “təhsil müəssisəsi”
sözləri ilə əvəz edilsin.
4. “Orta ixtisas təhsili
pilləsində təhsil
haqqında dövlət
sənədlərinin nümunələri
və onların verilməsi Qaydası”na 2 nömrəli əlavə üzrə:
4.1. “DİREKTOR” sözü
“TƏHSİL MÜƏSSİSƏSİNİN
RƏHBƏRİ” sözləri ilə, “Direktor” sözü “Təhsil müəssisəsinin rəhbəri”
sözləri ilə,
“Tədris işləri
üzrə direktor müavini” sözləri “Təhsil müəssisəsinin
rəhbərinin müavini”
sözləri ilə əvəz edilsin;
4.2. ismin
müvafiq hallarında
“orta ixtisas təhsili müəssisəsi”
sözləri ismin müvafiq hallarında “təhsil müəssisəsi”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 7 iyun.- S.4.