“Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadənin qayda və, şərtləri”nin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 248      Bakı şəhəri, 5 iyun 2017-ci il

 

 

“Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 593 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını   təmin   etmək   məqsədi   ilə   Azərbaycan   Respublikasının   Nazirlər  Kabineti QƏRARA  ALIR:

“Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadənin qayda və şərtləri” təsdiq edilsin (əlavə olunur).

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 7 iyun.- S.4.