Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
4 fevral tarixli 7
nömrəli qərarı ilə təsdiq edilmiş
“Pensiya yaşına çatmasına, əlilliyinə
və ya sağlamlıq imkanlarının
məhdudluğuna görə könüllü
işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin
edilən ömürlük müavinətin
təyin, olunması Qaydası”nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 249 Bakı şəhəri,
5 iyun 2017-ci il
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respub-likasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 2, maddə 114, ¹ 11, maddə 969; 2005, ¹ 1, maddə 51; 2008, ¹ 8, maddə 787; 2017, ¹ 2, maddə 325) ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 6-cı hissəsinin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“Müavinət müavinət alan şəxsin arzusu ilə onun və ya müvafiq qaydada etibarnamə verilmiş şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərən bankdakı hesabına köçürülür.”.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 7 iyun.- S.4.