Qəbələ Dövlət
Peşə Təhsil Mərkəzinin,
İstedadlı Uşaqlarla
İş Mərkəzinin
yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 250 Bakı şəhəri, 5 iyun
2017-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. Qəbələ
Peşə Məktəbi
Qəbələ Turizm
və Otelçilik üzrə Peşə Tədris Mərkəzi ilə birləşdirilsin
və onların bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ
Dövlət Peşə
Təhsil Mərkəzi
yaradılsın.
2. Respublika
Uşaq Birliyi Təşkilatı Rəhbərləri
Məktəbinin bazasında
İstedadlı Uşaqlarla
İş Mərkəzi
yaradılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyun tarixli 118 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 7, maddə 745, ¹ 10, maddə
969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə
399, ¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə
775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə
214, ¹ 6, maddə 751, ¹ 7, maddə
907, ¹ 9, maddə 1120; 2015, ¹ 3, maddə 336, ¹ 6, maddə
807, ¹ 8, maddə 966, ¹ 10, maddələr
1226, 1229, ¹ 12, maddə 1571; 2016, ¹ 1, maddə 176, ¹ 2 (II kitab), maddə 373, ¹ 3, maddə
622, ¹ 5, maddə 957, ¹ 6, maddə
1209, ¹ 10, maddə 1723, ¹ 11, maddə 1919; 2017, ¹ 2, maddələr
285, 302, 319 ) ilə təsdiq
edilmiş “Azərbaycan
Respub-likası Təhsil
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. “Əlavə
təhsil müəssisələri”
bölməsinin 2-ci hissəsi
ləğv edilsin;
3.2. “İlk peşə-ixtisas təhsili
müəssisələri” bölməsi
üzrə:
3.2.1. 48-ci hissə
aşağıdakı redaksiyada
verilsin:
“48. Qəbələ
Dövlət Peşə
Təhsil Mərkəzi”;
3.2.2. 95-ci hissə
ləğv edilsin;
3.3. “Ümumi təhsil müəssisələri
(ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri,
ümumtəhsil internat
məktəbləri, xüsusi
məktəblər və
xüsusi internat məktəbləri, sağlamlıq
imkanları məhdud uşaqlar üçün
xüsusi məktəblər
və internat məktəbləri, xüsusi
qayğıya ehtiyacı
olan uşaqlar üçün müəssisələr,
istedadlı şagirdlər
üçün məktəblər,
gimnaziyalar, liseylər
və digər müəssisələr)” bölməsi
üzrə:
3.3.1. 26-30-cu, 32-ci, 33-cü, 34-cü,
36-41-ci, 53-cü və 54-cü hissələr aşağıdakı
redaksiyada verilsin:
“26. Sumqayıt şəhər internat tipli gimnaziya
27. Sumqayıt şəhər general M.Əsədov
adına İnteqrasiya
təlimli internat tipli
gimnaziya
28. Gəncə şəhər İnteqrasiya
təlimli internat tipli gimnaziya
29. Mingəçevir
şəhər İnteqrasiya
təlimli internat tipli gimnaziya
30. Göyçay
şəhər S.Vurğun
adına İnteqrasiya təlimli internat tipli gimnaziya
32. Lerik şəhər V.İbrahimov
adına İnteqrasiya təlimli internat tipli gimnaziya
33. Goranboy şəhər R.Ağakişiyev
adına İnteqrasiya təlimli internat tipli gimnaziya
34. Siyəzən
şəhər İnteqrasiya
təlimli internat tipli gimnaziya
36. Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya
37. Neftçala şəhər M.Səfərov
adına İnteqrasiya təlimli internat tipli gimnaziya
38. Zaqatala şəhər İnteqrasiya
təlimli internat tipli gimnaziya
39. Tovuz rayonu Qovlar şəhər
İnteqrasiya təlimli
internat tipli gimnaziya
40. Salyan şəhər A.Səfərov
adına İnteqrasiya təlimli internat tipli gimnaziya
41. Şəki şəhər İnteqrasiya
təlimli internat tipli gimnaziya
53. Sumqayıt şəhər İnteqrasiya
təlimli internat tipli gimnaziya
54. Lənkəran
şəhər İnteqrasiya
təlimli internat tipli gimnaziya”;
3.3.2. aşağıdakı
məzmunda 61-ci və
62-ci hissələr əlavə
edilsin:
“61. Bərdə şəhər R.N.Mustafayev
adına İnteqrasiya təlimli internat tipli gimnaziya
62. 2 nömrəli
Ailə tipli kiçik qrup evi”.
3.3. “Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar” bölməsinə
aşağıdakı məzmunda
15-ci hissə əlavə
edilsin:
“15. İstedadlı
Uşaqlarla İş
Mərkəzi”.
4. Bu qərarın
1-ci, 2-ci və 3-cü hissələrində
qeyd edilən müəssisələrin maliyyələşdirilməsi
Azərbaycan Respublikası
dövlət büdcəsinin
mərkəzləşdirilmiş xərclərinin “Təhsil”
bölməsində Azər-baycan
Respublikasının Təhsil
Nazirliyi üçün
nəzərdə tutulmuş
vəsait dairəsində
həyata keçirilsin.
5. Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi və Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi
ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll
etsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2017.- 7 iyun.- S.4.