Azərbaycanın turizm potensialının elmi təşviqi

 

 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurası ilə birgə  bu mövzuda “dəyirmi masa” təşkil etmişdir. Bu barədə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdən məlumat vermişlər.

Məlumatda deyilir ki, bu tədbir  mərkəzin “Mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar”ının davamıdır.

Tədbirdə turizm iqtisadiyyatın güclü amili, təsirli sosial institutu, cəmiyyətdə ictimai rifahın və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsindəki elmi və mənəvi əhəmiyyəti diqqətə çatdırılmışdır.

Mövzulardan biriturizm sahəsində milli keyfiyyət sisteminin təşviqi və fəaliyyət planı xüsusi müzakirə olunmuşdur. Tədbirdə yeni ideyaların və birgə layihələrin vacibliyi bir daha vurğulanmışdır.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2017.-8 iyun.- S.8.