Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 12 may tarixli
80 nömrəli qərarı
ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 253 Bakı şəhəri, 8 iyun
2017-ci il
“Qaz təchizatı haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2016-cı il 28 oktyabr tarixli 373-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 9 dekabr tarixli 2506 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 12 may tarixli
80 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 5, maddə 452; 2012, ¹ 2, maddə 184; 2013, ¹ 6, maddə
744; 2014, ¹ 1, maddə 69; 2016, ¹ 4, maddə 834) ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 6.1.6-cı yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
6.1.7-ci yarımbənd əlavə
edilsin:
“6.1.7. dini
ekstremizm əleyhinə
xüsusi əməliyyat
aparıldıqda, həmin
əməliyyatın aparılma
zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi
Xidmətinin göstərişləri
əsasında.”.
2. 6.2-ci bəndin
birinci cümləsinə
“dayandırılması” sözündən
sonra “(dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılması ilə
əlaqədar dayandırma
halı istisna olmaqla)” sözləri əlavə edilsin.
3. 6.7-ci bənddə
“6.1.2-ci yarımbəndi” sözləri
“6.1.2-ci və 6.1.7-ci yarımbəndləri”
sözləri ilə əvəz edilsin və həmin bənddən sonra aşağıdakı məzmunda
“Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Qaydalarda
dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilir.”.
4. Qaydalara 2 nömrəli əlavə
– “Qaz paylayıcısı
ilə məişət
qaz qurğusu istifadəçisi arasında
qazın alqı-satqısı
Müqaviləsi”nə aşağıdakı
məzmunda 2.2.6.7-ci yarımbənd
əlavə edilsin:
“2.2.6.7. dini
ekstremizm əleyhinə
xüsusi əməliyyat
aparıldıqda, həmin
əməliyyatın aparılma
zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi
Xidmətinin göstərişləri
əsasında;”.
5. Qaydalara 3 nömrəli əlavə
– “Qaz paylayıcısı
ilə sənaye qaz qurğusu istifadəçisi arasında
qazın alqı-satqısı
Müqaviləsi”nə aşağıdakı
məzmunda 2.2.7.7-ci yarımbənd
əlavə edilsin:
“2.2.7.7. dini
ekstremizm əleyhinə
xüsusi əməliyyat
aparıldıqda, həmin
əməliyyatın aparılma
zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi
Xidmətinin göstərişləri
əsasında;”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2017.- 9 iyun.- S.4.