Türkiyə yazıçı və şairləri ilə
görüş
Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq kitabxanada İLESAM ( Türkiyə Elm və Ədəbiyat Əsəri Sahibləri Məslək Birliyi ) üzvü olan türk yazıçı və şairlərinin oxucularla görüşü keçirilmişdir.
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək ötən il kitabxana ilə İLESAM arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalandığını və bu tədbirin əməkdaşlıq istiqamətində ilk addım olduğunu diqqətə çatdırmışdır.
İLESAM təşkilatının katibi Mehmet Nuri Parmaqsız bu ilin sonuna kimi türk şair və yazıçılarının əsərlərindən ibarət 15 min nüsxə ədəbiyyatın Bakıya gətiriləcəyini və 16 regionun kitabxanasına paylanılacağını bildirmişdir.
Sonra İLASAM təşkilatının üzv olan şairlərdən Durak Turan Düz “Türkük”, Arzu Tabukçu “Aşq” şeirlərini söyləmişlər. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə çıxışında Açıq kitabxananın gözəl tədbirlərin məkanı olduğunu söyləmiş, “Bir də gəlməyəcəksən” şeirini demişdir.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.-
2017.- 9 iyun.- S.5.