Çingiz Abdullayevin
on kitabı Azərbaycan
dilində nəşr
olunub
Azərbaycanın məşhur
yazarı, detektiv janrın ustası, əsərləri 30 milyondan
çox tirajla yayılan Xalq yazıçısı Çingiz
Abdullayevin yeni kitabları Azərbaycan dilində nəşr edilib.
TEAS PRESS Nəşriyyat
Evinin çapa hazırladığı 10 kitab
Azərbaycan dilində
ilk dəfədir işıq
üzü görür.
Nəşriyyat Evindən APA-ya
bildirilib ki, əsərləri Azərbaycanın
peşəkar mütərcim
və redaktor heyəti dilimizə tərcümə edərək,
çapa hazırlayıb.
Bu kitabların üçü – “Bumeranq zərbəsi”, “Qurbanlıq
sindromu” və “Vicdanın adaptasiyası” romanları, əslində,
bir-birinin davamıdır.
Trilogiyada haqqında bəhs
olunan hadisələr Rusiyanın bir neçə şəhərində
cərəyan edir.
Seksual manyak olan qatil
ayrı-ayrı şəhərlərdə
eyni üsulla seriya qətllər törədir. Tədbirlilikdə və amansızlıqda məşhur seriya qatil və manyak
Çikatilonu xatırladan
qatilin qurbanları əsasən gənc və gözəl qadınlardır. O, qurbanlarını
səbirlə izləyir,
yaxalayır və zorlayıb öldürür,
amma heç bir iz qoymur.
Onu görən də yoxdur. Bir şəhərdə qətl törədib digərinə, oradan isə başqasına keçir. Moskvada generallar başını itirib...
“Vyana gecəsinin sirri” adlı romanda hadisələr Avstriya paytaxtındakı dəbdəbəli
hoteldə baş verir. Yeni ili qarşılamaq üçün
MDB ölkələrinin birindən
bura gələn bir qrup zəngin
adamın arasında həmin ölkənin prezidentinin qızı, onun səfir kürəkəni və qohumları da var. Onlar hotelin restoranında
həm əylənir,
həm də biznesdən danışıb
aralarındakı problemi
həll etməyə çalışır, mübahisə
edirlər. Ortada on milyonlarla dollarlıq
şübhəli sövdələşmə
var. Bir neçə saatdan sonra masadakı
adamlardan biri – zəngin biznesmen restoranın tualetində ölü tapılır.
Qətlə yetirilən
adam prezidentin
yaxın qohumudur...
“Maskanın
hakimiyyəti” adlı
romanda hadisələr
ekzotik Barbados adasında
baş verir. Hollivud ulduzu
Kristin Lindeqrenin həyatı
təhlükədədir. Əri də milyonçu olan və son vaxtlar on milyonlarla dollarlıq mirasını
necə böləcəyindən
tez-tez danışan aktrisa ailə üzvləri ilə birgə Barbadosdakı villasına tətilə getməyə hazırlaşır.
Səfərdən qabaq ona iki təhdid məktubunun gəldiyini deyib, təhlükəsizlik
tədbirləri görməyin
vacib olduğunu bildirir. Bu səfər
ərəfəsində villada
qəribə hadisələr
baş verir: aktrisanın yeniyetmə oğlu sevgilisi olan “şübhəli rus qızı ilə” villaya baş çəkir, bacısının hamilə
qızı “naməlum
səbəb”dən ölür...
“Böyük
oyun” romanında məşhur qumarbazların
toplaşdığı həlledici
oyun təsvir olunur. Hadisələr Monte-Karlo kazinosunda
cərəyan edir.
Monako knyazlığına
qumar oynamağa gedənlərin çoxu keçmiş sovet respublikalarından olan iş adamları və məmurlardır. Orada Bakıdan da bir zəngin
adam, bir
ərəb milyarderi və kanadalı maqnat da var. Onlar kələkbazlıqla
bir-birini müflis etmək üçün hər şeyə hazırdır, hətta qətlə də. Qətl isə baş verir – iki günə üç qətl...
“Folun bir addımlığında”
romanında hadisələr
Türkiyədə cərəyan
edir. Sankt-Peterburqun “Dinamo” futbol klubu Bələkdə təlim-məşq toplanışı
keçirir. Komandanın həkimi
burada müəmmalı
şəkildə ölür,
bundan əvvəl qapıçı iki dəfə zəhərlənir,
ardınca da burada killerlər peyda olur. Rusiyalı mafiozların çarpışması qızışır...
“Yeni amazonlar klanı” romanında hadisələr Moskvadakı lüks villada cərəyan edir. Yeni ili qeyd etmək, eyni zamanda, biznes sövdələşməsi aparmaq üçün elit bir kottec kirayələyib ora toplaşanlar arasında iri məmurlar, diplomatlar, milyonçu iş adamları, şou-biznes ulduzları, gözəl qadınlar var. Hər şey idealdır. Amma hələ heç ziyafət başlamamış iri biznesmenlərdən biri öz otağında qətlə yetirilir. Ardınca şahidlər hədəfə alınır...
“Ailə sirləri” romanında Qazaxıstandan Avropaya köçmüş qohumlar arasındakı gizli düşmənçilikdən, onlardan birinin müəmmalı şəraitdə öldürülməsindən bəhs olunur. Ad gününü qeyd edən yubilyar elə ziyafətdəcə zəhərlənərək öldürülür, halbuki hədəf onun böyük mirasa sahib varlı və xəstə bacısı imiş...
“Alqışlar altında ölüm” romanında hadisələr Rusiya paytaxtındakı nüfuzlu
teatrlardan birinin səhnəsində
baş verir. Ölkənin
ən məşhur aktyorlarından birinin
düşmənləri var. Onu aradan götürməyin
ən yaxşı yolu elə səhnədə
qətlə yetirməkdir. Əsərin ssenarisi
də buna imkan verir. Aktyorun
tamaşadakı tərəf-müqabillərindən biri səhnəyə rekvizit-qılıncla yox, əsl qılıncla çıxır...
Xalq qəzeti.-
2017.-10 iyun.- S.7.