Azərbaycanda qeyri-neft sektorunun inkişafı ixrac potensialını artırır, yeni yerlərinin yaranmasına müsbət təsir göstərir

 

Qlobalregional səviyyədə mürəkkəb iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, o cümlədən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi” ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunmasında mühüm önəm daşıyır.

Hazırda iqtisadi islahatlar üzrə başlıca hədəf kimi Azərbaycan iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya əsas vəzifə kimi qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiyabiznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən adamlarına hərtərəfli dəstək verilməsi, məşğulluğunsosial məmnunluğun reallaşdırılması istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Bunların nəticəsində isə son illər Azərbaycan dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.

Xatırladaq ki, 2015-ci ildən etibarən dünyada neft qiymətlərinin aşağı düşməsi və dəyişən makroiqtisadi amillər iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə yüksəlməsini labüd edib. Ölkə başçısı cənab İlham Əliyev post-neft dövrü kimi xarakterizə etdiyi bu yeni iqtisadi reallıqlara vaxtında adekvat reaksiya veribbunun sayəsində aparılan islahatlar daha müntəzəm və sistemli xarakter alıb. Müəllifi Prezident İlham Əliyevin olduğu həmin islahatlarla bağlı bəzi məqamlara nəzər salaq. Belə ki, bütövlükdə milli iqtisadiyyat və 11 sektor üzrə yaxın orta və uzunmüddətli perspektivlərin əhatə olunduğu tam təfsilatlı strateji yol xəritələri qısa müddət ərzində hazırlanaraq təsdiqlənib. Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi ilə bağlı mexanizmlər yaradılıb. Bunlarla yanaşı, gömrük əməliyyatlarının çevik və şəffaf həyata keçirilməsi məqsədi ilə malların və nəqliyyat vasitələrinin yoxlanmasında tətbiq edilən “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, beynəlxalq təcrübədə geniş tətbiq edilən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin təşkili üzrə əsaslı tədbirlər görülüb.

Dövlət başçısının 2016-cı il 5 oktyabr tarixli fərmanına əsasən, “Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin reallaşdırılması sahibkarların ixraca olan marağının, habelə ixrac olunan qeyri-neft məhsulları çeşidlərinin artması, ixrac coğrafiyasının genişlənməsi, Azərbaycan mənşəli məhsulların xarici bazarlarda analoji məhsullarla rəqabətqabiliyyətinin yüksəldilməsi baxımından xüsusi rol oynayır. Belə ki, fərmanın icrası ilə bağlı son illərdə bir neçə ölkəyə ixrac missiyası təşkil olunub, sahibkarların bütün xərcləri dövlət büdcəsi hesabına ödənilib.

İxracın təşviq edilməsi sahəsində dövlət başçısının imzaladığı fərman və sərəncamlar Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanan sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalarxalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına təşviq verilir.

Görülən bu tədbirlərin səmərəliliyini artırmaq və ixracın təşviqi məqsədilə AZPROMO-nun nəzdində “İxracatçılar klubu” yaradılıb, “Export.az” rəsmi ixrac portalı istifadəyə verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz, arıçılar ixracatçıları və istehsalçıları assosiasiyaları təsis olunub, sahibkarlara ixracla bağlı təlimlər keçirilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi sadələşdirilərək müddəti 3 gündən 1 günə endirilib.

Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev bu missiyaların fəaliyyətinə toxunaraq qeyd edib ki, artıq ixrac missiyalarımız öz səmərəsini göstərir. Missiyaların çox böyük faydası varilboyu bu missiyalar təşkil edilməlidir: “Bu, avtomatik rejimdə olmalıdır, yəni, artıq mənim göstərişimlə yox. Hər il müxtəlif dövlət qurumları öz planına salmalıdırlar ki, bu il neçə ixrac missiyası hansı ölkələrə ezam ediləcəkdir. Bizim üçün ən yaxşı potensial bazar olan ölkələrə hər il missiyalar getməlidir. Böyük ölkələrin müxtəlif bölgələrinə xüsusi missiyalar təşkil edilməlidir. O ölkələrin təkcə paytaxt şəhərlərinə yox, bütün bölgələrinə, bütün regionlarına müntəzəm olaraq bizim qruplarımız getməlidir”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlardaMade in Azerbaijanbrendi adı altında təşviqi istiqamətində hazırda aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər həyata keçirilir. Dövlət başçısının  “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı il tarixli sərəncamı əsasında İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyətə başlayan  Azexport.az” saytı bu baxımdan əhəmiyyətli missiya həyata keçirir. Bu gün adıçəkilən portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını bütün dünyaya nümayiş etdirir. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli olanAzexport.az” portalı “Made in Azerbaijanbrendini alıcılara yaxınlaşdırılır.

Yeri gəlmişkən, cari ilin ötən 4 ayı ərzində “Azexport.az” portalının dünya üzrə məşhur 5 portalla inteqrasiyası həyata keçirilib. Bunlar dünyanın ən böyük topdan satış platforması olan “www.alibaba.com”, beynəlxalq e-ticarət mərkəzi olanwww.all.biz”, ərəb ölkələrinə ixrac potensialı olan “www.tradekey.com”, Rusiyanın kənd təsərrüfatı, qidaemal sənayesi sahəsində satış həyata keçirən “www.agroserver.ru” portallarıdır.

Hazırda “Azexport.az” portalı ilə Türkiyədə Dünya KiçikOrta Sahibkarlıq Forumu tərəfindən yaradılan “KOBİ Market” arasında inteqrasiya ilə bağlı aparılır.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin əsas məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makromikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların reallaşdırılması üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Qeyri-neft sektorunun ixrac potensialından danışarkən, mühüm bir məqamı da xatırlatmaq istərdik. Belə ki, cari ilin yanvar ayının 26-da dövlət başçısı cənab İlham Əliyev xarici ölkələrdə Azərbaycanın və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin, təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədilə xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarımızda ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb. Hər hansı bir dövlətə təyin olunan ticarət nümayəndəsi həmin ölkə ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi maraqlarının qorunması, malların və xidmətlərin ixracının artırılması, respublikamızın biznes mühitinin, investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görür.

Nümayəndəliklərin yaradılmasında məqsəd, həm də Azərbaycanın investisiya potensialını bu ölkələrdə tanıtmaq, əcnəbi adamlarını respublikamıza dəvət etmək, sahibkarlarımızın xarici dövlətlərdəki maraqlarını qorumaqdır. Yeri gəlmişkən, artıq Azərbaycanın üç ölkədə ticarət nümayəndəsi fəaliyyət göstərir. İlin əvvəlində Rusiya Federasiyasında, iyun ayında Çin Xalq Respublikasında, bir neçə gün bundan əvvəl isə Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib.

Bütün bunlarla yanaşı, xarici ölkələrdə ticarət evlərinin yaradılması daMade in Azerbaijanbrendi altında istehsal olunan məhsulların ixracını təşkil etmək istiqamətində atılan ən önəmli addımlardan biridir. Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev qeyd edib ki, ticarət evləri həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar açacaq: Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir. Çünki son vaxtlar biz Körfəz ölkələri ilə, o cümlədən bu istiqamətdə çox işgüzar əməkdaşlıq qura bilmişikoraya Azərbaycan məhsullarının çıxarılmasına nail olmuşuq. Bizim xüsusilə kənd təsərrüfatı məhsullarımıza o ölkələrdə böyük maraq var və Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır”.

Xatırladaq ki, Minskdə açılan ticarət evi Azərbaycanın xaricdə yaradılan ilk belə strukturudur. Bu, eyni zamanda, respublikamızla Belarus arasında əlaqələrin bütün sahələrdə çox yüksək səviyyədə olduğunun bariz ifadəsidir.  

Bir az əvvəl qeyd etdik ki, artıq Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi fəaliyyətə başlayıb. Ölkəmiz əsas ticarət tərəfdaşlarından olan bu dövlətlə qeyri-neft ixracının genişləndirilməsinə mühüm önəm verir. Məhz elə bunun nəticəsidir ki, ötən il ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsi təqribən 1 milyard dollar olub. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 5-ci, ixracda 10-cu, idxalda isə 3-cü ölkədir. 2017-ci ilin ilk 4 ayında isə iki ölkə arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 395,6 milyon dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycanın ilk ixrac missiyası da ötən ilin noyabr ayında Çinə göndərilmişdi. Bu missiya çərçivəsində 12 şərab istehsalçısı Honqkonqda, 2-ci missiya çərçivəsində 9 şərab istehsalçısı Çinin Quancou şəhərində öz məhsullarını potensial alıcılara təqdim etmişdi. İxrac missiyası zamanı Çinlə şərab ixracı ilə bağlı müqavilə imzalanıb və buna əsasən Çinə şərab ixracına başlanılıb.Eyni zamanda, Quancou şəhərinə təşkil edilən ixrac missiyasında Azərbaycan istehsalı olanSavalan” markalı şərab qızıl medala layiq görülüb.

Ölkəmizin əsas ticarət tərəfdaşlarından olan qardaş Türkiyə ilə iqtisadi əməkdaşlığı yüksələn xətt üzrə davam edir. 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 88 faiz,  o cümlədən ixrac 4 dəfə, idxal isə 18 faiz  artıb.

Ölkədə makroiqtisadi sabitliyin təmin olunması, manatın sabitliyinin və etibarının bərpa edilməsi də yerli malların yeni bazarlara çıxarılmasına müsbət təsir göstərib. Bütün bunlar isə cari ilin ilk 4 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunun ÜDM-də 2 faiz artması, qeyri-neft sənayesində 2,8 faiz, kənd təsərrüfatında 3,2 faiz artım qeydə alınması, ixracda 41,1 faiz artımın, idxalda isə 16,5 faiz azalmanın müşahidə edilməsi ilə nəticələnib.

Yuxarıda xatırladılan rəqəmlərlə yanaşı, digər göstəricilər də fərəhlidir. Belə ki, bu ilin ilk 4 ayında avtonəqliyyat vasitələri ilə 200 min tondan çox yük daşınıb. İdxal 400 milyon ABŞ dolları həddində azalıb. Ötən illə müqayisədə qeyri-neft sektoru məhsullarının ixracında artım müşahidə olunub. Ölkədən 150 min tondan artıq əlavə qeyri-neft sektoru malları, əsasən ərzaq və tikinti məhsulları ixrac edilib. Hazırda Azərbaycanın Rusiya, MDB ölkələrinə məhsulların ixracı ilə bağlı mühüm tədbirlər reallaşdırılır, ərəb ölkələri ilə danışıqlar aparılır.

Yeni inkişaf dövründə qarşıda duran məsələlərin həlli və dayanıqlı inkişafa nail olmaq istiqamətində mühüm addımlardan biri də sənaye parklarının yaradılmasıdır. Azərbaycandakı sənaye parklarına özəl sektor tərəfindən indiyədək 800 milyon ABŞ dollarından çox investisiya qoyulub. Rezidentlər çərçivəsində 5 mindən çox yeni yeri açılıb. Bundan sonra sənaye parklarına 1,1 milyard dollar investisiya qoyulacağı və daha 7 min yeni yerinin açılacağı proqnozlaşdırılır.

Azərbaycanda sənaye parkları ilə yanaşı, aqroparklar da yaradılır. Ümumilikdə, ölkənin 25 rayonunda 35 aqroparkın yaradılması nəzərdə tutulub. Bunlardan bir neçəsi artıq fəaliyyətə başlayıb. Bu, ixracın genişlənməsinə böyük imkan yaradacaq.

Bütün bu qeyd edilənlər transmilli enerjikommunikasiya layihələrinin əsas hərəkətverici qüvvəsinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını göstərir. Eyni zamanda, ölkə rəhbərinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyinə, respublikanın gerçək potensialı ilə uzlaşdığına dəlalət edir. Şübhəsiz, müasir dövrdə hər bir ölkənin iqtisadi inkişaf tempiniqlobal maliyyə təhdidlərinə səmərəli müqavimət potensialını xarakterizə edən başlıca amillərdən biri də məhz makroiqtisadi dayanıqlılıq səviyyəsidir. Son illər əksər nüfuzlu beynəlxalq maliyyə institutları, eləcə də reytinq agentlikləri Azərbaycanın bu sahədə öncül ölkələrdən biri olduğunu birmənalı etiraf edirlər.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2017.-11 iyun.- S.1.