“Hüquqi
şəxslərin dövlət
reyestrinin aparılması,
istifadəsi və mühafizəsi Qaydaları”,
“Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin
dövlət qeydiyyatı
haqqında şəhadətnamə”,
“Təhsil müəssisələrinin
dövlət qeydiyyatı
haqqında şəhadətnamə”,
“Qeyri-kommersiya qurumlarının
və təhsil müəssisələrinin dövlət
reyestrindən çıxarışın
forması və çıxarışda göstərilən
məlumatların həcmi”
və “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin
dövlət qeydiyyatına
alınması barədə
ərizənin forması”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı
¹ 255 Bakı şəhəri, 9 iyun
2017-ci il
“Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
avqust tarixli 386 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 14 dekabr tarixli 1153 nömrəli Fərmanının 5.2-ci və
5.4-cü bəndlərinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“Hüquqi şəxslərin dövlət
reyestrinin aparılması,
istifadəsi və mühafizəsi Qaydaları”,
“Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin
dövlət qeydiyyatı
haqqında şəhadətnamə”,
“Təhsil müəssisələrinin
dövlət qeydiyyatı
haqqında şəhadətnamə”,
“Qeyri-kommersiya qurumlarının
və təhsil müəssisələrinin dövlət
reyestrindən çıxarışın
forması və çıxarışda göstərilən
məlumatların həcmi”
və “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin
dövlət qeydiyyatına
alınması barədə
ərizənin forması”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 4, maddə 384, ¹ 9, maddə
868, ¹ 12, maddə 1228; 2006, ¹ 10, maddə 902; 2008, ¹ 9, maddə
853, ¹ 12, maddə 1104; 2010, ¹ 6, maddə 548, ¹ 7, maddə
705; 2011, ¹ 5, maddə 445, ¹ 12, maddə 1248; 2012, ¹ 4, maddə
391, ¹ 5, maddə 491, ¹ 11, maddə
1200; 2014, ¹ 5, maddə 548, ¹ 6, maddə 748, ¹ 9, maddələr
1121, 1122; 2015, ¹ 2, maddə 212; 2016, ¹ 9, maddə 1581) aşağıdakı
dəyişikliklər edilsin:
1. Adından
və 1-ci hissəsindən
“Təhsil müəssisələrinin
dövlət qeydiyyatı
haqqında şəhadətnamə”,”
və “və təhsil müəssisələrinin”
sözləri çıxarılsın.
2. Həmin qərarla təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət
reyestrinin aparılması,
istifadəsi və mühafizəsi Qaydaları”
üzrə:
2.1. 1.1-ci bənddə
“kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin, habelə
təhsil müəssisələrinin”
sözləri “kommersiya,
qeyri-kommersiya və publik hüquqi şəxslərin” sözləri
ilə əvəz edilsin;
2.2. 1.3.1-ci yarımbənddən
“, habelə təhsil müəssisələrinin” və
“və təhsil müəssisələrinin” sözləri
çıxarılsın;
2.3. 1.3.2-ci yarımbəndə
“şəxslərinin” sözündən
sonra “və publik hüquqi şəxslərin” sözləri
əlavə edilsin;
2.4. 2.3.5-ci yarımbənddə
“habelə təhsil müəssisələrinə,” sözləri “publik hüquqi şəxslərə”
sözləri ilə əvəz edilsin;
2.5. 2.4-cü bənd
aşağıdakı redaksiyada
verilsin:
“2.4. Kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslərin
reyestr məlumatlarının
daşıyıcıları olan dövlət reyestr kitabları, “Reyestrdə dəyişiklik
edilməsi barədə
müraciətlər” kitabları,
“Arxiv sənədlərinin
uçotu” kitabları
və əvvəllər
başqa orqanlarda qeydiyyata alınmış
hüquqi şəxslərin
uçot kitabları da dövlət reyestrinin tərkibinə daxil edilir.”;
2.6. 3.1.5-ci yarımbəndə
“kommersiya qurumları”
sözlərindən sonra
“və publik hüquqi şəxslər”
sözləri əlavə
edilsin və həmin yarımbənddən
“və təhsil müəssisəsinin” sözləri
çıxarılsın;
2.7. aşağıdakı
məzmunda 3.2.2-1-ci yarımbənd
əlavə edilsin:
“3.2.2-1. publik hüquqi şəxsdə
- nizamnamə fondunun miqdarı, təsisçi
(təsisçilər) tərəfindən
verilmiş əmlakın
miqdarı, direktorlar şurası (müşahidə
şurası) yaradıldığı
halda, onun hər bir üzvünün
adı, soyadı, atasının adı və yaşayış yeri;”;
2.8. 4.2-ci bəndin
birinci cümləsindən,
4.3-cü və 4.4-cü bəndlərdən,
4.5-ci bəndin birinci cümləsindən, 4.6-cı və
4.7-ci bəndlərdən, 4.8-ci bəndin birinci cümləsindən, 4.9-cu bənddən,
4.10-cu bəndin birinci
abzasından, 4.11-ci bəndin
birinci abzasının
birinci cümləsindən,
4.12-ci bəndin birinci
cümləsindən, 4.13-cü bəndin ikinci cümləsindən, 4.15.1-ci, 4.15.2-ci,
5.2.3-cü yarımbəndlərdən,
5.4-cü bənddən, 6.8-ci bəndin birinci cümləsindən, 8.4-cü və
8.6-cı bəndlərin birinci
cümlələrindən ismin
müvafiq hallarında
“və təhsil müəssisələri” sözləri
çıxarılsın;
2.9. 4.2-1-ci bənd
üzrə:
2.9.1. birinci
və dördüncü
cümlələrə “qurumlarının”
sözündən sonra
“, publik hüquqi şəxslərin” sözləri
əlavə edilsin;
2.9.2. üçüncü
cümləyə “kitabı”nın”
sözündən sonra
“, “Publik hüquqi şəxslərin dövlət
reyestr kitabı”nın”
sözləri əlavə
edilsin;
2.10. 4.4-1-ci bəndin
birinci cümləsinə
“qurumları” sözündən
sonra “və publik hüquqi şəxslər” sözləri,
“qurumuna” sözündən
sonra “və publik hüquqi şəxsə” sözləri
əlavə edilsin;
2.11. 4.6-1-ci bəndə
“kitabı”nın” sözündən sonra “,
“Publik hüquqi şəxslərin dövlət
reyestr kitabı”nın”
sözləri əlavə
edilsin;
2.12. 4.8-1-ci bəndə
“kitabı”nda” sözündən
sonra “, “Publik hüquqi şəxslərin
dövlət reyestr kitabı”nda” sözləri
əlavə edilsin;
2.13. 4.9-cu bəndə
“kommersiya qurumları”
sözlərindən sonra
“və publik hüquqi şəxslər”
sözləri əlavə
edilsin;
2.14. 4.10-cu bəndin
“E”, “J” və “G” yarımbəndləri
ləğv edilsin;
2.15. 4.13-cü bənd
üzrə:
2.15.1. birinci
cümlədə “Kommersiya
və qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin
dövlət” sözləri
“Dövlət” sözü
ilə əvəz edilsin;
2.15.2. üçüncü
cümləyə “şəxslərinin”
sözündən sonra
“, publik hüquqi şəxslərin” sözləri
əlavə edilsin;
2.16. 4.15.2-ci yarımbəndin
ikinci cümləsinə
“şəxslərinin” sözündən
sonra “və publik hüquqi şəxslərin” sözləri
əlavə edilsin;
2.17. 5.2.3-cü yarımbəndə
“şəxslərinin” sözündən
sonra “və publik hüquqi şəxslərin” sözləri
əlavə edilsin;
2.18. 5.3-1-ci bəndin
birinci cümləsinə
“şəxslərinə” sözündən
sonra “, publik hüquqi şəxslərə”
sözləri əlavə
edilsin;
2.19. 6.7-ci bənddən
“və təhsil müəssisələri (kommersiya
hüquqi şəxslərin
təsisçiləri (iştirakçıları)
və onların nizamnamə kapitalındakı
payları barədə
məlumatlar istisna olmaqla)” sözləri çıxarılsın;
2.20. 6.8-ci bəndin
birinci cümləsindən
“(kommersiya hüquqi şəxslərin təsisçiləri
(iştirakçıları) və onların nizamnamə kapitalındakı
payları barədə
məlumatlar istisna olmaqla)” sözləri çıxarılsın;
2.21. 6.8-1-ci bənd
üzrə:
2.21.1. birinci
abzasa “Kommersiya hüquqi şəxsinin,” sözlərindən sonra
“publik hüquqi şəxsin” sözləri
əlavə edilsin;
2.21.2. ikinci
abzasa “kommersiya hüquqi şəxslərinin,”
sözlərindən sonra
“publik hüquqi şəxslərin” sözləri
əlavə edilsin;
2.21.3. üçüncü
abzasa “kommersiya hüquqi şəxsinin,” sözlərindən sonra
“publik hüquqi şəxsin” sözləri
əlavə edilsin;
2.22. 8.3-cü bəndin
birinci cümləsindən
“və təhsil müəssisəsinin” sözləri
çıxarılsın;
2.23. 8.4-cü bəndin
dördüncü cümləsinə
“kommersiya qurumlarının”
sözlərindən sonra
“, publik hüquqi şəxslərin” sözləri
əlavə edilsin;
2.24. 9-cu hissənin
mətnindən sonra aşağıdakı məzmunda
“Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Qaydalarda
dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.”.
3. Həmin qərarla təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin
dövlət qeydiyyatına
alınması barədə
ərizənin forması”nın adından “və təhsil müəssisələrinin” sözləri
çıxarılsın.
4. Həmin qərarla təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin
dövlət reyestrindən
çıxarışın forması və çıxarışda göstərilən
məlumatların həcmi”
üzrə:
4.1. adından,
1-ci və 2-ci hissələrindən
“və təhsil müəssisələrinin” sözləri
çıxarılsın;
4.2. 1 nömrəli
əlavə - “Qeyri-kommersiya
qurumlarının və
təhsil müəssisələrinin
dövlət reyestrindən
Çıxarış” üzrə:
4.2.1. adından
“və təhsil müəssisələrinin” sözləri
çıxarılsın;
4.2.2. 13-1-ci, 13-2-ci və
13-3-cü hissələr ləğv
edilsin;
4.3. 2 nömrəli
əlavə - “Qeyri-kommersiya
qurumlarının və
təhsil müəssisələrinin
dövlət reyestrindən
Çıxarış” üzrə:
4.3.1. adından
“və təhsil müəssisələrinin” sözləri
çıxarılsın;
4.3.2. 13-1 – 13-6-cı hissələr
ləğv edilsin.
5. Həmin qərara əlavələr
- “Təhsil müəssisəsinin
dövlət qeydiyyatı
haqqında Şəhadətnamə”,
“Təhsil müəssisəsinin
adında edilmiş dəyişikliyin dövlət
qeydiyyatı haqqında
Şəhadətnamə”, “Xarici təhsil müəssisəsinin nümayəndəliyinin
dövlət qeydiyyatı
haqqında Şəhadətnamə”,
“Xarici təhsil müəssisəsinin nümayəndəliyinin
adında edilmiş dəyişikliyin dövlət
qeydiyyatı haqqında
Şəhadətnamə”, “Xarici təhsil müəssisəsinin filialının
dövlət qeydiyyatı
haqqında Şəhadətnamə”,
“Xarici təhsil müəssisəsinin filialının
adında edilmiş dəyişikliyin dövlət
qeydiyyatı haqqında
Şəhadətnamə” ləğv
edilsin.
6. Həmin qərarla təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin
dövlət reyestrinin
xarici qeyri-kommersiya hüquqi şəxslərinin
nümayəndəlik və
filialları bölməsi”nin adından “və təhsil müəssisələrinin” sözləri
çıxarılsın.
7. Həmin qərarla təsdiq edilmiş “Qeyri-kommersiya hüquqi şəxslərin
dövlət reyestri”nin formasından sonra “Publik hüquqi
şəxslərin dövlət
reyestri”nin forması əlavə edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 13 iyun.- S.2.