İslam Həmrəyliyi ili” Azərbaycanı müsəlman dünyası ilə daha möhkəm tellərlə bağlayacaq

 

2017-ci ilin  ölkəmizdə ”İslam Həmrəyliyi ili  elan edilməsi ilə bağlı  Prezident İlham Əliyevin  imzaladığı sərəncamda deyildiyi kimi,  Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub:  "Ölkəmiz İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddiqeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Hətta dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda ənənələr yaşadılıb. Sovet dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2 mini ötüb keçib. 300-dən çox məscid tarixi-mədəni abidə kimi qorunur".

Azərbaycan dünyada modern müsəlman ölkəsi kimi tanınır. Ölkəmizin multikulturalizm ənənələri, digər dini konfessiyalara yanaşma tərzi təkcə İslam ölkələrinin deyil, bütün dünyanın diqqətini cəlb edir. İslam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacibdir. Müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycana dəstək veriblər.

Akademik Kamal Abdullayevin  sözləri ilə desək,  “2017-ci ilin Azərbaycandaİslam Həmrəyliyi ilielan edilməsiniMultikulturalizm ili”nin məntiqi davamı hesab etmək olar. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu il həmin ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində , beynəlxalq aləmdə son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır”.

Məlumat üçün bildirək ki,  Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda  İslam Həmrəyliyi ilielan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Həmin Tədbirlər Planında islamdaxili həmrəylik, İslam digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapıb.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edir.

Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı 2018-ci ildə Naxçıvan şəhərlərinin  İslam mədəniyyətinin paytaxtı  elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində mühüm addım kimi dəyərləndirilir.

İslam həmrəyliyi dedikdə, təkcə İslam  daxilindəki məzhəblərin həmrəyliyi nəzərdə tutulmur. Burada  sivilizasiyaların  yaxınlaşması ideyası başlıca məsələdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  bununla bağlı bildirmişdir ki, ölkəmizdəİslam Həmrəyliyi ilielan olunması hansısa başqa dinlərə qarşı təşəbbüs deyil. Bu,  həm İslam daxilində, həm dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə vermək deməkdir. İslamda həmrəylik deyəndə,  ilk növbədə, İslamın daxilində müxtəlif məzhəblər arasında həmrəylik yada düşür. Düzdür, bu da önəmlidir. Lakin cənab Prezidentin 2017-ci ili ölkəmizdəİslam Həmrəyliyi ilielan etməsi yalnız İslam daxilindəki dini məzhəb həmrəyliyi məsələsini qarşıya qoymur. Burada başqa ciddi vəzifələr, qlobal əhəmiyyət kəsb edən məsələlər var. Çünki bu gün dünyada İslama qarşı iqtisadi, psixoloji, ideoloji digər bu kimi müəyyən təzyiqlər mövcuddur. Bu təzyiqlərdə məqsəd müsəlman ölkələrinə mənsub olan yerüstü-yeraltı sərvətlər üzərində başqa dairələrin hegemonluğunu təmin etməkdir.

İndi Azərbaycan İslam ölkələri ilə daha yaxın əlaqələr  qurur, İslam dünyasını  birləşdirən ISESCO ilə mühüm layihələr  reallaşdırır. Ölkəmizdə İslam dövlətlərinin mədəniyyət günləri, kino həftələri keçirilib. Bakı  İslam mədəniyyətinin paytaxtı” elan olunduğu 2009-cu ildə  keçirilən  tədbirlər  bu həmrəyliyə ən yaxşı nümunə idi. İslam ölkələrində Azərbaycan mədəniyyəti  geniş təbliğ olunur. Baxmayaraq ki,  Azərbaycan dünyəvi  dövlətdir, İslami dəyərlər  bizim  mənəvi dəyərlərimiz arasında mühüm yer  tutur. “İslam  Həmrəyliyi ili  bizi bu dəyərlərə daha da yaxınlaşdıracaq.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.-14 iyun.- S.10.