“Ali təhsil müəssisələrinin bakalavriat
və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində
kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 257
Bakı şəhəri,
14 iyun 2017-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına
əsasən, Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin təklifini
nəzərə alaraq
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində
və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit
sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 12, maddə
1638; 2016, ¹ 6, maddə 1202) aşağıdakı
dəyişikliklər edilsin:
1. Adına və ikinci abzasına “səviyyələrində” sözündən
sonra “, əsas (baza ali)
tibb təhsilində” sözləri əlavə
edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində
və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit
sistemi ilə tədrisin təşkili Qaydaları” üzrə:
2.1. adına “səviyyələrində”
sözündən sonra
“, əsas (baza ali) tibb təhsilində”
sözləri əlavə
edilsin;
2.2. 1.2-ci
bənddən “ərazisində
fəaliyyət göstərən”
sözləri çıxarılsın
və həmin bəndə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasında müvafiq
qaydada dövlət qeydiyyatına alınmış,
fəaliyyətinə lisenziya
verilmiş xarici ölkələrin ali təhsil müəssisələri
və (və ya) filialları öz ölkələrində
mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində
tətbiq edə bilərlər.”;
2.3.
1.3.7-ci yarımbənd ləğv
edilsin;
2.4.
1.6-cı bəndə “əyani”
sözündən sonra
“(tədrisə tam cəlb
olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime)” sözləri əlavə edilsin;
2.5.
2.1.17-ci yarımbəndin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 2.1.18-ci, 2.1.19-cu, 2.1.20-ci və 2.1.21-ci yarımbəndlər
əlavə edilsin:
“2.1.18. tədrisə tam cəlb olunma (fulltime) – ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş
normativ təhsil müddətinə uyğun,
tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən
planlaşdırılan əyani
təhsilalma formasının
növüdür;
2.1.19. tədrisə qismən cəlb olunma (parttime) – ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris
qrafiki tələbə
tərəfindən planlaşdırılan
əyani təhsilalma formasının növüdür;
2.1.20. cari qiymətləndirmə
- fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin
qiymətləndirilməsidir;
2.1.21. aralıq qiymətləndirmə
- fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının
qiymətləndirilməsidir.”;
2.6. 3.2.2-ci
yarımbəndin üçüncü
və altıncı cümlələri aşağıdakı
redaksiyada verilsin:
“Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə
30 (tələbənin prerekvizit
fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər
kredit müəyyənləşdirilir.
Tələbənin həftəlik işinin
həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla).”;
2.7.
3.2.4-cü yarımbənddə “(tibb təhsilində 300-360
kredit)” sözləri
“(əsas (baza ali) tibb
təhsilində 300-360 kredit)”
sözləri ilə əvəz edilsin;
2.8.
3.2.5-ci, 3.2.14-cü, 3.2.16-cı və
3.2.17-ci yarımbəndlər aşağıdakı redaksiyada
verilsin:
“3.2.5. Tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə
fənn (fənlər)
də seçməyə
icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi
bu Qaydaların
4.3-cü bəndinin tələblərinə
uyğun həyata keçirilir. Dövlət
sifarişi ilə təhsil alan
və bütün təhsil müddətində
ayrı-ayrı fənlərdən
göstəricisi 81-100 bal arasında
olan tələbələrə
əlavə ödəniş
etmədən bu Qaydaların 3.2.11-ci yarımbəndinin
tələbləri nəzərə
alınmaqla, təhsil
aldığı ixtisas
üzrə əlavə
fənn (fənlər)
seçməyə icazə
verilir. Bütün hallarda bir semestrdə tələbənin
götürdüyü kreditlərin
sayı 40-dan çox
olmamalıdır.
3.2.14. Cari və aralıq
qiymətləndirmənin ümumi
nəticələrinə görə
fənn üzrə müvəffəq qiymət
almış tələbə
həmin fəndən
kreditləri qazanmış
hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi
nəticələrinə, habelə
aralıq qiymətləndirmənin
nəticəsinə görə
qeyri-müvəffəq qiymət
almış, eləcə
də üzrlü və ya üzrsüz
səbəbdən imtahanda
iştirak etməmiş
tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq
qiymətləndirmənin nəticələrinə,
habelə aralıq qiymətləndirmənin nəticəsinə
görə, eləcə
də üzrlü və ya üzrsüz
səbəbdən imtahanda
iştirak etmədiyinə
görə akademik borcu yaranmış tələbəyə həmin
fənn (fənlər)
üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil
müəssisələri istisna
olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün
şərait yaradılmalıdır.
Bu halda fənni
(fənləri) yenidən
dinləmədən kreditləri
qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş
müddət ərzində
həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti
semestrlərdən birində
imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə hər semestrdə
fənni (fənləri)
dinləmədən ümumilikdə
iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bu zaman tələbənin
fənni (fənləri)
dinlədiyi semestrdəki
cari qiymətləndirilmənin
nəticələri nəzərə
alınır və onun qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi
semestrə aid olunur.
Üzrlü səbəbdən
imtahanda iştirak etməyən tələbə
həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin
imtahan üçün
ödəniş haqqı
bu Qaydaların
4.3-cü bəndinin tələblərinə
uyğun həmin fənn üçün müəyyən edilən
məbləğin 25 faizindən
çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir
və həmin müəssisənin rəsmi
internet səhifəsində yerləşdirilir. Bütün digər
hallarda akademik borcu olan tələbə
fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə
iştirak etməklə,
onun (onların) mənimsənilməsinə qoyulan
tələbləri tam yerinə
yetirməlidir. Belə olan
halda təhsil haqqının ödənilməsi
bu Qaydaların
4.3-cü bəndinin tələblərinə
uyğun həyata keçirilir.
3.2.16. Tələbə bir ali təhsil
müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına
bərpa olunduğu, akademik məzuniyyətdən
qayıtdığı və
təkrar ali təhsil aldığı
hallarda, onun əvvəllər qazandığı
kreditlər bu Qaydaların 3.2.15-ci yarımbəndinin
tələblərinə uyğun
olaraq nəzərə
alınır.
3.2.17. Bir müəllimi bu Qaydaların 4.2-1-ci bəndinə uyğun olaraq seçən tələbələrin sayı
fənnin xüsusiyyətindən
və tədrisin formasından (mühazirə,
məşğələ, laboratoriya
və s.) asılı
olaraq ali təhsil müəssisəsi
tərəfindən müəyyənləşdirilir.”;
2.9.
3.2.18-ci və 3.2.20-ci yarımbəndlər
ləğv edilsin;
2.10.
3.2.21-ci yarımbəndin üçüncü
və dördüncü
cümlələri çıxarılsın;
2.11.
3.2.22-ci və 3.2.23-cü yarımbəndlər
aşağıdakı redaksiyada
verilsin:
“3.2.22. Tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı
və s.) fənni
tədris edən müəllim tərəfindən
müəyyənləşdirilir.
3.2.23. Fənn üzrə ayrılmış auditoriya
saatlarının 25 faizindən
çoxunda iştirak
etməyən tələbə
(Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən
idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların
üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu
hədd ali təhsil müəssisəsi
tərəfindən azaldıla
bilər.”;
2.12.
3.3.3-cü yarımbəndin birinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
“Ali təhsil müəssisələrində
və AMEA-da hər bir fənn
üzrə yaradılan
qrupda tələbələrin
sayı fənnin xüsusiyyətindən və
tədrisin formasından
asılı olaraq, ali təhsil müəssisəsi və
ya AMEA tərəfindən
müəyyən edilir.”;
2.13.
3.4.3-cü yarımbənd aşağıdakı
redaksiyada verilsin:
“3.4.3. Yay semestrində tələbənin götürdüyü
fənlər üzrə
kreditlərin cəmi 10-dan
artıq olmamalıdır.”;
2.14. aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:
“4.2-1. Tələbənin bu Qaydaların 3.2.17-ci yarımbəndinə
müvafiq olaraq müəllim seçmək
hüququ vardır.”;
2.15.
5.1-ci və 5.2-ci bəndlər
aşağıdakı redaksiyada
verilsin:
“5.1. Ali təhsil müəssisələrində
Bolonya prosesinin təşviqi, kredit sistemi ilə tədrisin təşkili,
AKTS sisteminin tətbiq
edilməsi və tələbələrə kömək
göstərilməsi məqsədi
ilə ali
təhsil müəssisələrində
və AMEA-da akademik məsləhətçilər
(tyutorlar) xidməti təşkil edilir.
5.2. Tyutorlar bu sahədə
müəyyən təcrübəsi
və səriştəsi
olan ali təhsilli şəxslər
arasından seçilirlər.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
15 iyun.- S.8.