Elmi və elmi-pedaqoji fəaliyyət
sahəsində çalışan
elmi dərəcəsi
və elmi adı olan şəxslərin
vəzifə maaşlarına
elmi dərəcələrə
və elmi adlara görə ödənilən əlavələrin
məbləğinin müəyyən
edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı
¹ 259 Bakı şəhəri, 14 iyun
2017-ci il
“Elm haqqında” Azərbaycan Respublikasının
2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikasi Prezidentinin
2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində
çalışan elmi
dərəcəsi olan
şəxslərin vəzifə
maaşlarına elmi dərəcələrə görə
ödənilən əlavələrin
məbləği aşağıdakı
kimi müəyyən
edilsin:
1.1. Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə
və təşkilatlarında
çalışan elmlər
doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat
(bilavasitə ixtisası
üzrə çalışanlara
100 manat), fəlsəfə
doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat
(bilavasitə ixtisası
üzrə çalışanlara
60 manat);
1.2. dövlət
büdcəsindən maliyyələşdirilən
digər müəssisə
və təşkilatlarda
(icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan
şəxslərə:
1.2.1. elmlər
doktoru elmi dərəcəsinə görə
- 80 manat;
1.2.2. fəlsəfə
doktoru elmi dərəcəsinə görə
- 40 manat.
2. Elm və elmi-pedaqoji fəaliyyət
sahəsində çalışan
elmi adı (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına
elmi adlara görə ödənilən
əlavələrin məbləği
“Dövlət və bələdiyyə təhsil
müəssisələrində işləyən elmi-pedaqoji
kadrların vəzifə
maaşlarına elmi dərəcələrə və
elmi adlara görə əlavələrin
həcminin müəyyən
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 27 may tarixli
98 nömrəli qərarında
nəzərdə tutulmuş
həcmdə müəyyənləşdirilsin.
3. Müəyyən
edilsin ki:
3.1. bu
qərarın 1-ci və
2-ci hissələrində göstərilən
əlavələr vəzifə
maaşını təşkil
etmir, lakin qanunvericilikdə nəzərdə
tutulmuş bütün
hallarda ortaaylıq əməkhaqqının hesablanmasında
nəzərə alınır;
3.2. dövlət
büdcəsindən maliyyələşən
müəssisə və
təşkilatlarda çalışan
işçilərə elmi
dərəcəyə və
elmi ada görə aylıq vəzifə maaşlarına
müəyyən edilən
əlavələr dövlət
büdcəsinin xərclərində
həmin müəssisə
və təşkilatlar
üçün nəzərdə
tutulan müvafiq vəsaitlər hesabına
ödənilir.
4. Elmi dərəcəyə və
elmi adlara görə müəyyən
edilən əlavələr
işçi tam ştat
üzrə işlədikdə
100 faiz, yarımştat
üzrə işlədikdə
isə nəzərdə
tutulan məbləğin
50 faizi həcmində
ödənilir.
5. Özünümaliyyələşdirmə
formasında fəaliyyət
göstərən müəssisə
və təşkilatlarda
bu əlavələrin
həcmi və ödənilmə qaydası
kollektiv müqavilələrin
şərtləri ilə
müəyyən olunur.
6. “Dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda çalışan
işçilərin aylıq
vəzifə maaşları
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
25 sentyabr tarixli 263 nömrəli qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 9, maddə 1138; 2014, ¹ 7, maddə 916, ¹ 8, maddə
1016, ¹ 10, maddə 1325; 2015, ¹ 3, maddə 335, ¹ 6, maddə
775; 2016, ¹ 2 (II kitab), maddə
393, ¹ 3, maddə 626, ¹ 11, maddə
1976; 2017, ¹4, maddə 645) 2-ci hissəsində “76” və
“36” rəqəmləri müvafiq
olaraq “80” və “40” rəqəmləri ilə
əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Büdcədən
maliyyələşdirilən bir sıra idarə
və təşkilatlarda
çalışan işçilərin
vəzifə maaşları
və tarif dərəcələri haqqında”
1992-ci il 31 dekabr tarixli 718 nömrəli qərarının 9-cu hissəsi
və “Vəzifə maaşlarına elmi dərəcələrinə görə
əlavələrin təyin
edilməsi haqqında”
1994-cü il 19 aprel tarixli 155 nömrəli qərarı (3-cü hissə
istisna olmaqla) ləğv edilsin.
8. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2017.- 17 iyun.- S.3.