Yanar qəlb”in sönməz işığı

 

Yeni kitablar

 

Milli oftalmologiyamızın görkəmli nümayəndəsi, dünya şöhrətli oftalmoloq, akdemik Zərifə xanım Əliyevanın nəsillərə örnək olan ömür yolundan, insanlara şəfa gətirən elmi-təcrübi araşdırmalarından, nurlu xatirəsinin həmişə əziz tutulmasından bəhs edən populyar nəşrlər sırasınaYanar qəlbadlı daha bir dəyərli kitab-albom əlavə olunmuşdur.

Professor Fatma Abdullazadənin layihəsi əsasında tədqiqatçı jurnalist, qeyri-hökumət təşkilatı rəhbəri R.Bahar Sonamın ərsəyə gətirdiyi bu zəngin bədii-sənədli, illüstrativ topluda istedadlı alim, təcrübəli həkim, gözəl insan, qayğıkeş ana, vəfalı həyat yoldaşı Zərifə xanımın yüksək ideallardan qaynaqlanan əməlləri, zəngin fəaliyyəti ilə bağlı qiymətli sənədlər, dəyərli mülahizələr lirik-fəlsəfi mənalandırmalar bir-birini tamamlayır, çağdaş nəsillərin təsəvvüründə unudulmaz soydaşımızın bitkin obrazını canlandırır. Elm təhsilnəşriyyatının nəfis tərtibatla buraxdığı kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, professor Nadir Məmmədlidir.

Müəllif gələcəyin böyük oftalmoloqunun ömür yolu barədə incələməsinəBir ana vardı...”adlı  poetik girişlə başlamışdır:

 

Onun qəlbində o qədər işıq vardı ki...

O yanar qəlbzərif bir çiçək...

O qədər nurlu idi ki,

Şəfqəti bütün dünyaya yetirdi.

 

Bahar Sonam sərbəst şeir üslubunda belə incələmələrini akademik Zərifə Əliyevanın həyat fəaliyyətini əks etdirən elmi-bioqrafik oçerklə davam etdirmişdir. Bu yazıda ekoloji fəsadların kəskinləşdiyi bir şəraitdə ömrünü nəzəri təcrübi təbabət yolunda şam kimi əritmiş, axtarış tapıntıları ilə dünya oftalmologiyasının ön mövqelərinə çıxmış Azərbaycan aliminin həyat yolu qazandığı ciddi uğurlar əhatəli təqdim olunmuşdur.

Sonrakı bölmədə təhlükəsizlik zabiti Heydər Əliyevlə gənc göz həkimi Zərifə Əliyevanın həyat yollarında tale ulduzlarının qoşalaşmasının tarixçəsindən bəhs olunur. Bu məqamda Zərifə xanımın atası, görkəmli ictimai-siyasi dövlət xadimi Əziz Əliyevin  öz həyat yoldaşı Leyla xanıma söylədiyiHeydərin gələcəyi parlaqdırsözləri o müdrik şəxsiyyətin böyük uzaqgörənliyindən xəbər verir, illər sonra xalqımızın ümummilli lideri zirvəsinə yüksələn yetkin bir soydaşımızın tale çırağını yandıran alışqanı xatırladır. Müəllif bu taleyüklü hadisəni poetik ricətlə mənalandırmışdır.

Bir işığın xatirələri, etiraflar...” bölməsində akademik Zərifə Əliyeva barədə Azərbaycanın yaxın-uzaq xarici ölkələrin məşhur tibb xadimlərinin məqalə xatirələri toplanmışdır. Bu sırada yer almış akademiklər Püstəxanım Əzizbəyovanın “Al, bu işığı sənə verirəm!..” Mirməmməd CavadzadəninBir damla suda Günəş...”, professor Aydın İmaməliyevinCazibə”,  Rusiya Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun  direktoru, akademik M.KrasnovunAlimlik zirvəsi”, Helmqols adına Moskva Göz Xəstəlikləri İnstitutunun rəhbəri K.TrutnevanınAlim, pedaqoq, insan”,  pofessor Z. Skripniçenkonun  Alim ömrüməqalələri kitaba məxsusi sanbal, elmi-nəzəri məzmun gətirmişdir.

Ölkəmizin nüfuzlu ziyalılarından akademik Vasim Məmmədəliyevin, professorlar Fatma Abdullazadənin, Paşa Qəlbinurun, Xalq rəssamı Ömər Eldarovun, görkəmli xarici oftalmoloqlardan akademiklər A. Nesterovun N.Puçkovskayanın, professorlar A. Brovkinanın, O. Dobromıslovanın digər nüfuzlu insanların xatirə mülahizələri xalqımızın dünya şöhrətli oftalmoloq qızının yüksəldiyi elmi zirvənin ucalığını əzəmətini qədərincə anlamağa imkan yaradır. Bölmədə toplanmış digər yazılar da Zərifə xanım Əliyevanın nurlu obrazına dəyərli çizgilər əlavə edir.

Əbədiyyətə qovuşandan sonra Zərifə Əliyevanın xatirəsinin həmişə əziz tutulması, nəcib obrazının ölməzliyi nəşrdə layiqli yer tutmuşdur. Bu baxımdan görkəmli akademik, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı Prezident İlham Əliyevin anası Zərifə Əziz qızı Əliyeva ilə 1985-ci il aprelin 15-də o zamankı sovet rəhbərlərinin iştirak etdiyi vida dəfn mərasiminin rəsmi xronikası, dövlət müstəqilliyi illərində unudulmaz alimin xatirəsinin anılması ilə bağlı materiallar kitaba xronikal zənginlik qazandırmışdır. Ulu öndərin Zərifə xanımın anım günündə söylədiyi nitq, mərhum alimin qəbirüstü abidəsinin təqdimat mərasimi barədə material  məşhur oftalmoloqun xatirəsinin doğmaları, onu yaxından tanıyanlar bütövlükdə xalqımız üçün necə əziz olduğunu dolğunluğu ilə əks etdirir.

Yanar qəlb...” kitab-albomu R. Bahar Sonamın Zərifə xanım Əliyevanın ölməz xatirəsinə dərin sevgisini ifadə edən lirik duyğularla psixoloji düşüncələrlə yekunlaşır. Nəşrə xalqımıza zəngin dəyərli elmi-mənəvi irs qoyub getmiş ölməz təbibin həyatına xatirəsinə işıq salan fotoşəkillər əlavə olunmuş, nəfis poliqrafik tərtibat verilmişdir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2017.-18 iyun.- S.6.