Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 24 may tarixli
75 nömrəli qərarı
ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi
və icrası Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 262 Bakı şəhəri,
20 iyun 2017-ci il
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 391; 2005, ¹ 4, maddə 377, ¹ 6, maddə 548; 2007, ¹ 2, maddələr 197, 201; 2008, ¹ 2, maddə 105, ¹ 9, maddə 862; 2009, ¹ 11, maddə 936; 2012, ¹ 1, maddə 44; 2014, ¹ 2, maddə 201; 2016, ¹ 5, maddə 955, ¹9, maddə 1596) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4.3-cü bənddə “çatdırılmasına” sözü “çatdırılmamasına” sözü ilə əvəz edilsin.
2. 5.2-ci bənd üzrə:
2.1. birinci cümlədə “etmələrinə” sözü “etməmələrinə və vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə” sözləri ilə əvəz edilsin;
2.2. ikinci cümlədə “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2017.- 21 iyun.- S.9.