Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli 439 nömrəli qərarı ilə təsdiq edilmişPambıq tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 264    Bakı şəhəri, 20 iyun 2017-ci il

 

Büdcə sistemi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərəncamının 1.2-ci bəndinin   icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli 439 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1927; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 5 iyun tarixli 251 nömrəli qərarı) ilə təsdiq edilmişPambıq tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”na aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:

“4.3-1. İstehsalçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 21 iyun.- S.9.