Elmi tədqiqat
institutunun məşğul
olmasına yol
verilən sahibkarlıq
fəaliyyəti növlərinin
müəyyən edilməsi
haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 266 Bakı şəhəri,
20 iyun 2017-ci il
“Elm haqqında” Azərbaycan Respublikasının
2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Elmi tədqiqat institutlarının nizamnamələrində
nəzərdə tutulmuş
fəaliyyət istiqamətlərinə
uyğun olaraq, məşğul olmasına
yol verilən aşağıdakı sahibkarlıq
fəaliyyəti növləri
müəyyən edilsin:
1. təcrübə-konstruktor,
elmi layihələndirmə
işlərinin həyata
keçirilməsi;
2. elmi
nailiyyətlərin tətbiqi
yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı;
3. kitabxana,
nəşriyyat və
kitab satışı
xidmətləri;
4. məsləhət-konsaltinq
xidmətləri;
5. ödənişli
laboratoriya testləri və sınaq işləri;
6. layihə
və müsabiqə sənədlərinin hazırlanması;
7. elmi-praktiki tədbirlərin təşkili,
sistem və şəbəkə dəstəyi
xidmətləri;
8. informasiya
xidmətləri;
9. sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparıl-ması,
ekspert rəyinin verilməsi;
10. elmi tədqiqat
institutunun fəaliyyət
istiqamətlərinə zidd
olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsi.
Artur
RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2017.- 21 iyun.- S.9.