Tofiq Bakıxanov: Naxçıvanın ilk peşəkar

bəstəkarının 120 illik yubileyi

yüksək səviyyədə qeyd edilib

 

Respublikanın Xalq artisti, professor, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanov növbəti dəfə Naxçıvanda səfərdə olmuş və muxtar respublikadan böyük təəssüratla qayıtmışdır. Bəstəkar bu barədə danışarkən qeyd etdi ki, onun muxtar respublikaya hər səfəri maraqlı və məzmunlu olur: “İndiki səfərin daha maraqlı keçməsinin səbəbi isə mənim hələ gənclik illərimdən tanıdığım bir şəxsin, Naxçıvanın ilk peşəkar bəstəkarı olan Məmməd Nəsirbəyovun 120 illiyinə həsr edilməsi idi”, – deyə T.Bakıxanov bildirdi.

 

Bəstəkar qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ölkənin tanınmış elm, incəsənət, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsi ənənəsini yaradıb və sənət adamlarına böyük ehtiram hissi ilə həmin ənənəni davam etdirir. Görkəmli bəstəkarlar Tofiq Quliyevin və Qəmbər Hüseynlinin 100 illik, Vasif Adıgözəlovun 80 illik yubileyləri Naxçıvanda təntənəli şəkildə qeyd edilib. Mənim 75, 80 və 85 illik, eləcə də şəcərəmizin ulu babası Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyləri isə Muxtar Respublika rəhbərliyi tərəfindən xüsusi ehtiramla təşkil edilmişdi.

Məmməd Nəsirbəyovun 120 illik yubileyi barədə danışan bəstəkar bildirdi ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında təşkil edilən bu tədbiri muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq qeyd etdi ki, dahi Üzeyir Hacıbəylinin ilk tələbələrindən biri olan naxçıvanlı bəstəkar, musiqişünas, ictimai xadim Məmməd Nəsirbəyov XX əsrin birinci yarısından başlayaraq, Azərbaycan musiqi tarixinə layiqli töhfələr verib. Qeyd olundu ki, Məmməd Həsən oğlu Nəsirbəyov 1897-ci il iyunun 6-da qədim mədəniyyətə və tarixə malik Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1914-cü ilin sonunda Nəsirbəyovlar ailəsi Bakıya köçüb. 1923-cü ildə Üzeyir bəyin təşəbbüsü ilə açılan musiqi məktəbinə daxil olan Məmməd Nəsirbəyov 1927-ci ildə Bakı Musiqi Texnikumunda təhsilini davam etdirir.

1932-ci ildə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında kompozisiyapolifoniyadan dərs alan Nəsirbəyov bir il sonra Bakıya qayıdıb və Bakı Konservatoriyasında təhsilini davam etdirib. 1940-cı ildə o, Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsini müvəffəqiyyətlə bitirib. Məmməd Nəsirbəyovun bəstəkarlıq yaradıcılığı müxtəlif janrlarda yaratdığı maraqlı əsərlərlə zəngindir. Bəstəkarın simfonik orkestr üçün yazdığı “Suita”, Azərbaycan Xalq Çalğı Alətləri Orkestri üçün “Şənlik” suitası, “Naxçıvan” rəqs suitası, “Nizami” suitası, simli kvartet üçünSuita”, solist, qarışıq xorfortepiano üçünKantata”, müxtəlif şairlərimizin sözlərinə bəstələdiyi mahnı və romanslar, eləcə də fortepiano üçünFantaziya”, “Ekspromt”, “Qaytağı”, skripka üçünVariasiyalar”, müxtəlif alətlər üçün bəstələdiyi əsərlər onun zəngin yaradıcılığından xəbər verir.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Məmməd Nəsirbəyov – ilk naxçıvanlı bəstəkar” adlı məruzəsində deyib ki, bəstəkarın yaradıcılığı ilə tanış olduqda onun özünəməxsus lad, intonasiya, ritm xüsusiyyətlərini aydın duymaq mümkündür. Məmməd Nəsirbəyovun musiqi əsərləri ilə bərabər, musiqi nəzəriyyəsinə dair yazdığı dərsliklər həm də onun təcrübəli pedaqoq olduğunu göstərən cəhətlərdən biri kimi diqqəti cəlb edir.

Bəstəkar dedi: “Tədbirdə mən də çıxış etdim və Məmməd Nəsirbəyov haqqında xatirələrimi danışdım. Qeyd etdim ki, bu gözəl insan və bəstəkarı 1940-cı ildən tanıyırdım. Onun musiqi əsərləri, xalq çalğı alətləri üçün orkestr, kameravokal musiqisi bu gün də təravətini itirməyib.

Tofiq Bakıxanov qeyd edib ki, belə tədbirlərin keçirilməsi Naxçıvan Muxtar Respublikasında mədəniyyət və incəsənətə göstərilən diqqət və qayğının ifadəsidir.

Xatırladaq ki, yubiley tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Tofiq Bakıxanovun Məmməd Nəsirbəyovun xatirəsinə həsr etdiyiSkripkakamera orkestri üçün pyesini ifa edib. Sonda isə Məmməd Nəsirbəyovun “Ey gül” romansı, “Mən neftçiyəm”, “Hardasan”, “Ana” mahnıları ifa olunub, skripkafortepiano üçün yazdığı prelyüdfantaziyalar da səslənib. Konsert Məmməd Nəsirbəyovun “Naxçıvan” rəqs suitası ilə başa çatıb.

 

Qələmə aldı:

İsaq ƏMƏNULLAYEV

 

Xalq qəzeti.- 2017.- 30 iyun.- S.14.