İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il
23 fevral tarixli fərmanı ilə təsdiq
edilmişdir
S İ Y A H I S I
1.
Dövlət qulluğu haqqında qanunvericiliyin şamil
edildiyi mərkəzi icra hakimiyyəti orqanları və yerli
icra hakimiyyəti orqanları adından:
1.1. dövlət orqanının rəhbəri;
1.2. dövlət orqanı rəhbərinin
müavini;
1.3. dövlət orqanı aparatının rəhbəri;
1.4. dövlət orqanı aparatının rəhbərinin
müavini;
1.5. dövlət orqanı aparatında şöbə
müdiri;
1.6. dövlət orqanı aparatında şöbə
müdirinin müavini;
1.7. dövlət orqanı aparatında sektor
müdiri;
1.8. baş məsləhətçi;
1.9. böyük məsləhətçi;
1.10. mərkəzi icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin rəhbərləri,
onların müavinləri, şöbə müdirləri
(müdir müavinləri), sektor müdirləri, həmin
dövlət agentliklərinin və dövlət xidmətlərinin
yerli bölmələrinin rəhbərləri, onların
müavinləri;
1.11. mərkəzi icra hakimiyyəti
orqanlarının yerli bölmələrinin rəhbərləri,
onların müavinləri, mərkəzi icra hakimiyyəti
orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri,
onların müavinləri, həmin orqanların yerli bölmələrinin
rəhbərləri, onların müavinləri.
2. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi adından:
2.1. Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
(bundan sonra - Məcəllə) 157, 209, 212.1, 227, 266.3, 266.4,
290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə
aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8,
323, 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1 – 335.4, 336,
337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 342.1.1 – 342.1.8, 342.1.10, 342.1.11,
342.2 – 342.7, 343.1, 343.4, 344 – 347, 352.0.1 – 352.0.3, 352.0.6, 352.0.11,
352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355 – 358, 428.5,
443.2, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri
və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi
qəza sığortasına münasibətdə), 469.3 (avtonəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası üzrə standart sığorta müqaviləsi
növünə münasibətdə), 510, 513, 514, 517.0.1 –
517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 566 (şəxsiyyət
vəsiqəsinə və ümumvətəndaş pasportuna
aid hissədə), 583 – 586, 588, 589, 590.1, 591, 593 və 597-ci (Azərbaycan
Respublikasının ərazisində xarici hüquqi şəxslər,
yaxud əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən təsis
edilmiş hüquqi şəxslər, o cümlədən
birbaşa və ya dolayı yolla xarici kapitalın
iştirakı ilə yaradılmış hüquqi şəxslər
(onların vəzifəli şəxsləri və mühafizəçiləri)
istisna olmaqla, digər hüquqi şəxslərə
(onların vəzifəli şəxslərinə və
mühafizəçilərinə) münasibətdə) maddələrində,
Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq
Məcəllənin 350.1, 517.0.7, 517.0.8, 575 və 577-ci maddələrində,
habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri
tərəfindən başlanıldıqda Məcəllənin
243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi
üzrə standartların (normaların, qaydaların) tələblərini
pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə
münasibətdə), 252, 272, 322.0.1, 322.0.7, 342.1.9, 348, 350.2,
352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.2, 354.0.3, 354.0.5, 354.0.6,
354.0.8 – 354.0.10, 430.1, 454 və 455.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə -
daxili işlər naziri, onun müavinləri, Naxçıvan
Muxtar Respublikasının daxili işlər naziri və onun
müavinləri;
2.2. Məcəllənin
322.0.2, 322.0.8, 323, 327.1 – 327.7, 329 – 331, 332.1 – 332.3, 333.1, 334.1,
335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 342.1.1 – 342.1.8,
342.1.10, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 344 – 347, 350.1 (Nazirliyin fəaliyyət
istiqamətlərinə uyğun olaraq), 352.0.1 – 352.0.3, 352.0.6,
352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355, 356,
428.5, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri
və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi
qəza sığortasına münasibətdə) və
469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin
icbari sığortası üzrə standart sığorta
müqaviləsi növünə münasibətdə) maddələrində,
habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri
tərəfindən başlanıldıqda Məcəllənin
322.0.1, 322.0.7, 342.1.9, 348, 350.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10,
354.0.2, 354.0.3, 354.0.5, 354.0.6 və 354.0.8 – 354.0.10-cu maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə (inzibati xəta hadisəsi səlahiyyətli
vəzifəli şəxs tərəfindən Məcəllənin
124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar
edildikdə) – Baş Dövlət Yol Polisi İdarəsinin rəisi,
onun müavinləri, Baş Dövlət Yol Polisi İdarəsinin
Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan
Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin
Dövlət Yol Polisi İdarəsinin rəisi, ərazi polis
orqanlarının dövlət yol polisi idarələrinin,
şöbələrinin rəisləri, onların müavinləri,
ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin
rəisləri, ərazi polis orqanlarının dövlət
yol polisi qruplarının rəhbərləri;
2.3. Məcəllənin
327.1 – 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 346-1.1, 346-1.5, 353.2 və
469.3-cü maddələrində nəzərdə tutulmuş
və foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi
texniki vasitələrin köməyi ilə aşkar edilmiş
inzibati xətalara dair elektron protokoldan (qərardan) Məcəllənin
122.7 və 122.8-ci maddələrində qeyd olunan vəsatət
(şikayət) verildikdə, həmin inzibati xətalar
haqqında işlərə – Baş Dövlət Yol Polisi
İdarəsinin rəisi, onun müvafiq sahəyə cavabdeh
müavini, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi
Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar
Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət
Yol Polisi İdarəsinin rəisi, Bakı şəhər
Baş Polis İdarəsi və Bakı şəhərinin
rayon polis idarələri (şöbələri) istisna olmaqla,
digər ərazi polis orqanlarının dövlət yol polisi
şöbələrinin (bölmələrinin) rəisləri,
dövlət yol polisi qruplarının rəhbərləri;
2.4. Məcəllənin
322.0.2, 322.0.8, 323, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6,
339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8,
342.1.10, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 346, 346-1.2 – 346-1.4, 356.1,
469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri
və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi
qəza sığortasına münasibətdə) və
469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin
icbari sığortası üzrə standart sığorta
müqaviləsi növünə münasibətdə) maddələrində
(foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki
vasitələrin köməyi ilə aşkar edilmiş
inzibati xətalar istisna olmaqla), habelə iş üzrə
icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən
başlanıldıqda Məcəllənin 322.0.1 və
322.0.7-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə –
dövlət yol polisinin yol hərəkətinə nəzarət
fəaliyyətinə cəlb edilmiş Baş Dövlət
Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin
şöbə rəisləri və onların müavinləri,
bölmə rəisləri, xüsusilə mühüm
tapşırıqlar üzrə baş inspektorları və
inspektorları, baş dövlət avtomobil müfəttişləri
və dövlət avtomobil müfəttişləri,
böyük mühəndisləri və mühəndisləri,
ərazi polis orqanlarının dövlət yol polisi
şöbələrinin, bölmələrinin,
qruplarının baş dövlət avtomobil müfəttişləri
və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə
üzrə baş inspektorları və inspektorları,
böyük mühəndisləri və mühəndisləri,
axtarış üzrə baş inspektorları və
inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş
inspektorları və inspektorları, təbliğat
inspektorları, alay komandirləri və onların müavinləri,
qərargah rəisləri, bölük komandirləri və
onların müavinləri, tağım komandirləri, yol
patrul xidməti baş inspektorları və inspektorları;
2.5. Məcəllənin
157, 209, 212.1, 227, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2
(baxılması səlahiyyətlərinə aid edilmiş maddələr
üzrə), 306, 357, 358, 443.2, 510, 513, 514, 517.0.1 – 517.0.6,
517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 589,
590.1, 591 və 593-cü maddələrində, Nazirliyin fəaliyyət
istiqamətlərinə uyğun olaraq Məcəllənin
517.0.7 və 517.0.8-ci maddələrində, habelə iş
üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən
başlanıldıqda Məcəllənin 243.0.1 (yer təkinin
və ətraf mühitin mühafizəsi üzrə
standartların (normaların, qaydaların) tələblərini
pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə
münasibətdə), 252, 272, 430.1, 454 və 455.2-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə – şəhər, rayon polis idarələrinin
(şöbələrinin) və ərazi polis bölmələrinin
rəisləri, onların müavinləri, nəqliyyatda polis
idarələrinin, şöbələrinin, xətt bölmələrinin,
məntəqələrinin rəisləri, onların
müavinləri;
2.6. Məcəllənin
566-cı maddəsində nəzərdə tutulmuş inzibati
xətalar haqqında işlərə (şəxsiyyət vəsiqəsi
və ümumvətəndaş pasportuna aid hissədə) –
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi,
onun müavinləri, şəhər, rayon polis idarələrinin
(şöbələrinin) və ərazi polis bölmələrinin
rəisləri, onların müavinləri, pasport, qeydiyyat və
şəxsiyyət vəsiqəsi şöbələrinin,
bölmələrinin, qruplarının rəisləri, baş
inspektorları və inspektorları;
2.7. Məcəllənin
575-ci və 577-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə
(Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun
olaraq) – Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi,
onun müavinləri, şəhər, rayon polis idarələrinin
(şöbələrinin) və ərazi polis bölmələrinin
rəisləri, onların müavinləri;
2.8. Məcəllənin
597-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlərə (Azərbaycan Respublikasının ərazisində
xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən təsis
edilmiş hüquqi şəxslər, o cümlədən
birbaşa və ya dolayı yolla xarici kapitalın
iştirakı ilə yaradılmış hüquqi şəxslər
(onların vəzifəli şəxsləri və mühafizəçiləri)
istisna olmaqla, digər hüquqi şəxslərə
(onların vəzifəli şəxslərinə və
mühafizəçilərinə) münasibətdə) –
Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi,
onun müavinləri, Naxçıvan Muxtar
Respublikasının Daxili İşlər Nazirliyinin İctimai
Təhlükəsizlik İdarəsinin rəisi, şəhər,
rayon polis idarələrinin (şöbələrinin) rəisləri,
onların müavinləri;
2.9. Məcəllənin
209, 212.1, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə
aid edilmiş maddələr üzrə), 357, 358, 443.2, 513, 514,
517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583
– 586, 588, 590.1, 591 və 593-cü maddələrində,
Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq
Məcəllənin 517.0.7 və 517.0.8-ci maddələrində,
habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri
tərəfindən başlanıldıqda Məcəllənin
243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi
üzrə standartların (normaların, qaydaların) tələblərini
pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə
münasibətdə), 252, 272, 430.1, 454 və 455.2-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə – polis sahə rəisləri.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi adından:
3.1. Məcəllənin
405 (dini qurumlar istisna olmaqla, digər qeyri-kommersiya
qurumlarına münasibətdə), 432.1 (fiziki şəxslərə
və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya
qurumlarına münasibətdə), 432.4 (qeyri-hökumət təşkilatlarına,
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəliklərinə münasibətdə),
579 – 582 və 598-ci (öz fəaliyyətinin tərkib hissəsi
kimi vəsait alan, toplayan, verən və ya vəsait
köçürən qeyri-hökumət təşkilatlarına,
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəliklərinə münasibətdə)
maddələrində nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlərə – ədliyyə naziri, onun
müavinləri, Nazirliyin Aparatının Qeydiyyat və
notariat baş idarəsinin rəisi, onun müavini, regional
qurumlarının rəisləri, Naxçıvan Muxtar
Respublikasının ədliyyə naziri, onun müavini,
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
Aparatının Qeydiyyat və notariat şöbəsinin rəisi;
3.2. Məcəllənin
562.3-cü maddəsində nəzərdə tutulmuş inzibati
xətalar haqqında işlərə – ədliyyə naziri,
onun müavinləri, Nazirliyin Aparatının Qeydiyyat və
notariat baş idarəsinin rəisi, onun müavini, rayon (şəhər)
qeydiyyat şöbələrinin rəisləri,
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri,
onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə
Nazirliyinin Aparatının Qeydiyyat və notariat şöbəsinin
rəisi, rayon (şəhər) qeydiyyat şöbələrinin
rəisləri.
4. Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi
adından:
4.1. Məcəllənin
235, 243.0.1 (yerin təkindən istifadə ilə əlaqədar
işlərin təhlükəsiz aparılması tələblərinin
pozulması hissəsində),
243.0.4, 268, 276, 277, 310 (kiçikhəcmli gəmilərə
münasibətdə), 311, 394.0.1 (lisenziya olmadan tikintisinə
icazə tələb edilən bina və qurğuların
mühəndis-axtarış və ya tikinti-quraşdırma
işlərinin aparılması ilə əlaqədar inzibati xətalar
haqqında işlərə ), 394.0.3 – 394.0.7, 469.1
(yaşayış binaları, yaşayış evləri və
mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın
icbari sığortasına və daşınmaz əmlakın
istismarı ilə bağlı mülki məsuliyyətin
icbari sığortasına münasibətdə), 518, 519, 536 və 543-cü maddələrində,
Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq
Məcəllənin 228, 233, 243.0.2, 243.0.7 – 243.0.9, 278, 350.1,
517.0.7, 517.0.8, 542 və 555-ci maddələrində, habelə
iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri
tərəfindən başlanıldıqda Məcəllənin
212.2, 342.1.9 və 348-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə –
fövqəladə hallar naziri, onun müavinləri,
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar
naziri və onun müavinləri;
4.2. Məcəllənin
310 (kiçikhəcmli gəmilərə münasibətdə)
və 311-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə – Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin rəisi, onun müavinləri;
4.3. Məcəllənin 212.2 (iş
üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən
başlanıldıqda), 469.1 (yaşayış binaları,
yaşayış evləri və mənzillər istisna olmaqla,
digər daşınmaz əmlakın icbari
sığortasına və daşınmaz əmlakın
istismarı ilə bağlı mülki məsuliyyətin
icbari sığortasına münasibətdə), 518, 519 və
536-cı maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə – Dövlət
Yanğın Nəzarəti Xidmətinin rəisi, onun
müavinləri, müvafiq ərazi və regional dövlət
yanğın nəzarəti idarələrinin rəisləri,
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinin
rəisi;
4.4. Məcəllənin
235 və 268-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə
Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi
üzrə Dövlət Agentliyi adından, 243.0.1 (yerin təkindən
istifadə ilə əlaqədar işlərin təhlükəsiz
aparılması tələblərinin pozulması hissəsində),
243.0.4, 276, 277, 348 (iş üzrə
icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən
başlanıldıqda) və 543-cü maddələrində,
habelə Nazirliyin fəaliyyət istiqamətlərinə
uyğun olaraq 228, 233, 243.0.2, 243.0.7 – 243.0.9, 278, 517.0.7, 517.0.8,
542 və 555-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə
Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-Mədən Nəzarəti
Dövlət Agentliyi adından, 350.1 (Nazirliyin fəaliyyət
istiqamətlərinə uyğun olaraq), 394.0.1 (lisenziya olmadan
tikintisinə icazə tələb edilən bina və
qurğuların mühəndis-axtarış və ya
tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar
inzibati xətalar haqqında işlərə) və 394.0.3 –
394.0.7-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə Nazirliyin Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
adından bu Siyahının 1.10-cu bəndində nəzərdə
tutulmuş vəzifəli şəxslər baxırlar.
5. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi adından:
5.0. Məcəllənin
566-cı maddəsində (xidməti və diplomatik pasporta aid
hissədə) nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlərə – xarici işlər naziri, onun
müavini, konsulluq idarəsinin rəisi, onun müavini, Xarici
İşlər Nazirliyinin Naxçıvan Muxtar
Respublikasındakı İdarəsinin rəhbəri, onun
müavini, Azərbaycan Respublikasının səfirləri və
baş konsulları, Azərbaycan Respublikasının səfirliklərinin
və konsulluqlarının konsulluq məsələləri
üzrə məsul əməkdaşları.
6. Azərbaycan
Respublikasının Vergilər Nazirliyi adından:
6.0. Məcəllənin
405 (kommersiya qurumlarına münasibətdə), 430.1 (iş
üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən
başlanıldıqda), 430.2, 450.2, 460 (vergilərə
münasibətdə), 461, 467 və 545-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə – vergilər naziri, onun müavinləri,
Nazirliyin Aparatının rəhbəri, onun müavinləri,
Vergilər Nazirliyi yanında departamentlərin baş
direktorları, onların müavinləri, ərazi vergilər
departamentlərinin (idarələrinin) baş direktorları
(direktorları), onların müavinləri, rayon vergilər
şöbələrinin direktorları, onların müavinləri,
Naxçıvan Muxtar Respublikasının vergilər naziri,
onun müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər
Nazirliyi Aparatının rəhbəri, Naxçıvan Muxtar
Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər
Vergilər İdarəsinin rəisi, onun müavini,
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon
vergilər şöbələrinin rəisləri, onların
müavinləri.
7. Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi
adından:
7.1. Məcəllənin
231.1, 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin
icbari sığortası üzrə sərhəd
sığorta müqaviləsinə və Azərbaycan
Yaşıl Kartı növünə münasibətdə),
479 (Komitənin fəaliyyət istiqamətlərinə
uyğun olaraq), 480 – 505, 507, 509
və 546-cı maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə – Komitənin
sədri, onun müavinləri, Komitənin Aparatının
Gömrük Sahəsində Hüquqpozmalara qarşı
Mübarizə Baş İdarəsinin rəisi, onun müavinləri,
Naxçıvan Muxtar Respublikasının Dövlət
Gömrük Komitəsinin sədri, onun müavini, Komitənin
sisteminə daxil olan ərazi və
ixtisaslaşdırılmış baş gömrük idarələrinin
və gömrük idarələrinin rəisləri və
onların müavinləri;
7.2. Məcəllənin
484, 487.1.1, 487.1.2, 487.2, 487.3, 488, 490, 493, 499.1.1, 499.1.2 və
500-cü maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə - Komitənin
Aparatının Gömrük Sahəsində Hüquqpozmalara
qarşı Mübarizə Baş İdarəsinin şöbə
(bölmə) rəisləri, Komitənin sisteminə daxil olan ərazi
və ixtisaslaşdırılmış baş gömrük
idarələrinin və gömrük idarələrinin
şöbələrinin rəisləri, onların müavinləri,
bölmə rəisləri, baş inspektorlar, böyük
inspektorlar, müstəntiqlər və təhqiqatçılar.
8. Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti adından:
8.0. Məcəllənin
566 (Azərbaycan Respublikasının ərazisində müvəqqəti
və ya daimi yaşamaq üçün sənədlərə
aid hissədə) və 578-ci maddələrində, habelə
Xidmətin fəaliyyət istiqamətlərinə uyğun
olaraq Məcəllənin 575 və 577-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə – Xidmətin rəisi, onun müavinləri,
Xidmətin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi,
onun müavini, həmin Baş İdarənin idarələrinin
rəisləri, onların müavinləri, müvafiq
şöbələrinin (bölmələrinin) rəisləri,
baş inspektorları, regional miqrasiya idarələrinin rəisləri,
onların müavinləri, həmin idarələrin müvafiq
şöbələrinin (bölmələrinin) rəisləri,
baş inspektorları, Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin rəisi, onun müavini, həmin
Xidmətin müvafiq şöbələrinin (bölmələrinin)
rəisləri, baş inspektorları.
9. Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti
adından:
9.1. Məcəllənin
321, 479 (Xidmətin fəaliyyət istiqamətlərinə
uyğun olaraq) və 572-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə – Xidmətin
rəisi, onun birinci müavini, Əlahiddə Sərhəd
Diviziyasının komandiri, Dövlət Sərhəd Xidmətinin
Sahil Mühafizəsinin rəisi, sərhəd dəstələrinin
rəisləri, Sərhəd Nəzarəti Dəstəsinin rəisi,
Xidmətin Aparatının müvafiq idarəsinin rəisi,
onun müavini, həmin idarənin müstəntiqləri və
təhqiqatçıları;
9.2. Məcəllənin
570 və 571-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə – Xidmətin
rəisi, onun birinci müavini, Əlahiddə Sərhəd
Diviziyasının komandiri, Dövlət Sərhəd Xidmətinin
Sahil Mühafizəsinin rəisi, sərhəd dəstələrinin
rəisləri, Xidmətin Aparatının müvafiq idarəsinin
rəisi, onun müavini, həmin idarənin müstəntiqləri
və təhqiqatçıları.
10. Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
adından:
10.0. Məcəllənin
597-ci maddəsində (Azərbaycan Respublikasının ərazisində
xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən təsis
edilmiş hüquqi şəxslərə, o cümlədən
birbaşa və ya dolayı yolla xarici kapitalın
iştirakı ilə yaradılmış hüquqi şəxslərə
(onların vəzifəli şəxslərinə və
mühafizəçilərinə) münasibətdə) nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə – Xidmətin
rəisi, onun müavini, Xidmətin müvafiq
strukturlarının rəhbərləri (rəisləri),
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi və onun müavini.
11. Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti
adından:
11.0. Məcəllənin
550-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlərə – Xidmətin rəisi, onun
müavinləri, Feldyeger Rabitəsi İdarəsinin rəisi,
onun müavini.
12. Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
adından:
12.0. Məcəllənin
604, 606.2, 606.3 və 607-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə – Xidmətin
rəisi, onun müavinləri, Xidmətin yerli idarə,
şöbə və bölmələrinin rəisləri,
onların müavinləri, Naxçıvan Muxtar
Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə
və bölmələrinin rəisləri, onların
müavinləri.
13. Milli
Televiziya və Radio Şurası adından:
13.0. Məcəllənin
384, 385 və 428.11-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə – Şuranın sədri,
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio
Şurasının sədri.
14. Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası adından:
14.1. Məcəllənin 429, 436, 472 və 598-ci (kredit təşkilatlarına,
lizinq xidmətləri göstərən hüquqi şəxslərə,
investisiya şirkətlərinə, investisiya fondlarına,
sığortaçı, təkrarsığortaçı və
sığorta vasitəçilərinə, pul vəsaitlərinin
köçürülməsi ilə məşğul olan
poçt xidməti göstərən müəssisələrə,
lotereya təşkilatçısına, lombardlara və
daşınmaz əmlakın alqı-satqısı üzrə
vasitəçilik xidmətləri göstərən fiziki və
ya hüquqi şəxslərə münasibətdə) maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə – Direktorlar Şurasının sədri, sədrin
müavini, Baş icraçı direktor və onun müavinləri,
Direktorlar Şurasının üzvləri, İdarə Heyətinin
üzvləri (departament direktorları), idarə rəisləri;
14.2. Məcəllənin
414 – 427, 428.8, 428.9, 430.3, 430.4, 432.4 (banklara münasibətdə),
433.0.2, 435, 438.1, 439 (Palatanın fəaliyyət istiqamətlərinə
uyğun olaraq), 440, 462 (bank olmayan kredit təşkilatlarına,
qiymətli kağızlar bazarında
lisenziyalaşdırılan şəxslərə, investisiya
fondlarına və onların idarəçilərinə, həmçinin
sığorta, təkrarsığorta və sığorta vasitəçiliyinə
münasibətdə), 463, 468, 470, 471, 473 – 476, 478 və 548-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə – Direktorlar Şurasının sədri, sədrin
müavini, Baş icraçı direktor və onun müavinləri,
Direktorlar Şurasının üzvləri, İdarə Heyətinin
üzvləri (departament direktorları), idarə rəisləri,
Palatanın Naxçıvan Muxtar Respublikası üzrə
İdarəsinin rəisi.
15. Azərbaycan
Respublikasının Mərkəzi Bankı adından:
15.0. Məcəllənin
433.0.1, 434, 439 (Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə
uyğun olaraq) və 457-ci (bank fəaliyyəti sahəsində
qiymətli metalların və qiymətli daşların
uçotu, saxlanılması, mühafizəsi və dövriyyəsi
qaydalarının pozulması ilə əlaqədar inzibati xətalar
haqqında işlərə) maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə - Mərkəzi
Bankın sədri, onun müavinləri, baş direktorları,
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası
İdarəsinin sədri, onun müavini.
Xalq qəzeti.- 2017.- 3 mart.- S.3.