“Azərbaycan Polad İstehsalı
Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 30 aprel tarixli 117 nömrəli qərarının
ləğv edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 79
Bakı şəhəri,
9 mart 2017-ci il
“Azərbaycan
Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin
ləğv edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli Sərəncamının
3.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
“Azərbaycan
Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30
aprel tarixli 117 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 461;
2015, ¹12, maddə 1592) ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 10 mart.- S.4.