“Azərbaycan Respublikasında elektron
imza və elektron sənədlə bağlı bəzi normativ
hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli
27 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 81
Bakı şəhəri,
9 mart 2017-ci il
“Elektron imza və elektron sənəd
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2016-cı il 11 noyabr tarixli 400-VQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
21 dekabr tarixli 1165 nömrəli Fərmanının 1.2 ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli
27 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 1, maddə 56;
2008, ¹ 1, maddə 39; 2014, ¹ 6, maddə 747, ¹ 9, maddə 1124;
2016, ¹ 1, maddə 173) ilə təsdiq edilmiş “Sertifikat xidmətlərinin
göstərilməsi, sertifikatın verilməsi və reyestrin
aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 3.1-ci bəndin
birinci cümləsində “yazılı müqavilə”
sözləri “müqavilə və ya şəxsiyyət vəsiqələrinin
fərdiləşdirilməsi zamanı Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət
vəsiqəsi verən yerli orqanlarının sertifikat
sorğusu” sözləri ilə və ikinci cümləsində
“Bu məqsədlə” sözləri “Müqavilə əsasında
sertifikatın verilməsi üçün” sözləri ilə
əvəz edilsin.
2.
Aşağıdakı məzmunda 3.13-1-ci bənd əlavə
edilsin:
“3.13-1.
Şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi
zamanı sertifikatın verilməsi Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”
ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə
alınmaqla, “Elektron imza və elektron sənəd haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun həyata
keçirilir.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 10 mart.- S.4.