“Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105
nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 82
Bakı şəhəri,
9 mart 2017-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, “Azərbaycan Hava
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təklifinə
əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, ¹ 4, maddə 324, ¹ 10, maddə 929, ¹ 12,
maddə 1117; 2013, ¹ 6, maddə 765, ¹ 8, maddə 1019; 2014, ¹ 2,
maddə 218; 2016, ¹ 3, maddə 578, ¹ 12, maddə 2235) ilə təsdiq
edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
Strukturu”nun “II. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar
Cəmiyyətinin tabeliyində olan qurumlar” bölməsinin
11-ci hissəsində “Aviasiya Təhlükəsizlik İdarəsi”
sözləri “Aviasiya Təhlükəsizlik Baş İdarəsi”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 10 mart.- S.4.