“Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin
davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin
tutulması məqsədi
ilə keçirilən
test imtahanları üçün
test nümunələrinin hazırlanması,
ekspertizası, təsdiqi,
test imtahanının təşkili,
keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹86
Bakı şəhəri,
10 mart 2017-ci il
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanunun-da dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2016-cı il 31 may tarixli
267-VQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikasının
Dövlət İmtahan
Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
11 aprel tarixli 860 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti
QƏRARA
ALIR:
1. “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin
davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin
tutulması məqsədi
ilə keçirilən
test imtahanları üçün
test nümunələrinin hazırlanması,
ekspertizası, təsdiqi,
test imtahanının təşkili,
keçirilməsi, qiymətləndirmənin
aparılması Qaydası”
təsdiq edilsin (əlavə olunur).
2. Ləğv olunmuş Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın
“Dövlət orqanlarında
dövlət qulluğuna
qəbul ilə bağlı keçirilən
test imtahanları üçün
test nümunələrinin hazırlanması
və ekspertizası Qaydaları”nın təsdiq
edilməsi barədə”
2012-ci il 5 noyabr tarixli 119 nömrəli və “Dövlət orqanlarında dövlət
qulluğuna qəbul üzrə test imtahanının
təşkili, keçirilməsi
və qiymətləndirilmənin
aparılması Qaydaları”nın
təsdiq edilməsi haqqında”
2013-cü il 30 iyul
tarixli 162Q nömrəli
qərarları ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
14 mart.- S.3.