Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 88
Bakı şəhəri,
14 mart 2017-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
27 avqust tarixli 118 nömrəli qərarı
ilə təsdiq edilmiş “Müəssisə
və təşkilatların,
habelə sahibkarlıqla
məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə
uyğun olaraq ciddi hesabat blanklarının
tərtibi və tətbiqi Qaydaları”nda dəyişiklik edilməsi
barədə “Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun və bu Qanunla təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Vergi
Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il
30 avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
27 avqust tarixli 118 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 8, maddə 662; 2005, ¹ 2, maddə 134; 2006, ¹ 3, maddə
299; 2009, ¹ 2, maddə 157, ¹ 10, maddə 853; 2012, ¹ 3, maddə
252; 2014, ¹ 6, maddə 747, ¹ 8, maddə 1023; 2016, ¹ 5, maddə
962, ¹ 10, maddə 1709) ilə
təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə
sahibkarlıqla məşğul
olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun
olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na aşağıdakı məzmunda
1.1-1-ci bənd əlavə
edilsin:
“1.1-1. Bu Qaydalarla müəyyən
edilmiş tələblər
elektron qaimə-fakturaya
şamil edilmir.”.
Artur RASI-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
15 mart.- S.5.