Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 89
Bakı şəhəri,
14 mart 2017-ci il
Elektron qaimə-fakturanın formasının,
tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq
edilməsi haqqında
“Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
454-VQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikasının
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və bu Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Elektron qaimə-fakturanın
forması” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Elektron qaimə-fakturanın
tətbiqi, uçotu və istifadəsi Qaydaları" təsdiq edilsin (2 nömrəli əlavə).
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında elektron qaimə-fakturanın təsdiq
edilmiş forma və rekvizitlərə uyğun
olaraq mərkəzləşdirilmiş
qaydada uçotunun aparılması və tətbiqi Azərbaycan Respublikasının Vergilər
Nazirliyi tərəfindən
həyata keçirilir.
4. Azərbaycan Respublikasının
Vergilər Nazirliyinə
tapşırılsın ki,
elektron qaimə-fakturanın
tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin
edən tədbirlər
görsün.
5.
ƏDV-nin məqsədləri
üçün qeydiyyata
alınmış və
Azərbaycan Respublikasının
Vergi Məcəlləsinin
218.1.2-ci maddəsində göstərilən
şəxslər tərəfindən
sahibkarlıq fəaliyyəti
ilə əlaqədar
təqdim edilmiş (yola salınmış) mallara, görülmüş
işlərə və
göstərilmiş xidmətlərə
görə 2017-ci il 1
aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il
1 yanvar tarixindən malların (işlərin,
xidmətlərin) alıcısı
olan hüquqi şəxslərə və
fərdi sahibkarlara (malların, işlərin,
xidmətlərin sifarişçisinə)
elektron qaimə-faktura
təqdim edilir.
Artur RASI-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
15 mart.- S.5.