Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəSumqayıt BulvarMəhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 92

Bakı şəhəri, 15 mart 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmişYerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. Sumqayıt şəhərindəki dənizkənarı bulvarın infrastrukturunun qorunub saxlanılması, ekoloji təhlükəsizliyinin təmin edilməsi, habelə onun idarəetmə sisteminin təkmilləşdirilməsi, ərazidə nəzarətin təmin edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəSumqayıt BulvarMəhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

2. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəSumqayıt BulvarMəhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə aparatının işçilərinin say həddi 10 (on) ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəSumqayıt BulvarMəhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə-sinin təsdiq edilməsi dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəSumqayıt BulvarMəhdud Məsuliyyətli Cəmiyyətinə cari il üzrə saxlanılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin ehtiyat fondundan 300000 (üç yüz min) manat vəsait ayrılsın.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 16 mart.- S.3.